Icma.az
close
up
RU
Oskanyanın TRIPP qorxusu

Oskanyanın TRIPP qorxusu

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Keçmiş nazir populist fikirlərlə xalqını aldatmağa cəhd edir

Ermənistanın keçmiş (1998-2008) xarici işlər naziri, Qarabağ klanının “görkəmli nümayəndəsi” Vardan Oskanyan öz ampluasındadır. Nikol Paşinyan iqtidarının hər bir addımını tənqid etməyi sanki qarşısına əsas məqsəd qoymuş Oskanyan indi də “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” marşrutu – TRIPP layihəsini tənqid edib.

Keçmiş nazir iddia edib ki, TRIPP-in əsas məqsədi Ermənistanın inkişafı deyil, Azərbaycanın Naxçıvanla bağlantısının təmin edilməsidir. Onun fikrincə, layihə “dəhliz məntiqi” üzərində qurulub və bu, Ermənistanın maraqlarına uyğun deyil. O, layihənin idarəçiliyinin 49 il müddətinə üçüncü tərəfə verilməsini Ermənistanın suveren hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirib və bunu qəbuledilməz sayıb. Oskanyan açıq şəkildə bildirib ki, Ermənistanın layihədə yalnız 26 faiz payla kifayətlənməsi danışıqlarda zəif mövqe nümayişidir. Onun fikrincə, İrəvan ən azı 50%+1 pay tələb edə bilərdi və etməli idi.

Eks-nazir daha sonra ABŞ-ın maraqları ilə bağlı erməni cəmiyyətində şübhə toxumu səpməyə çalışıb. Layihənin Birləşmiş Ştatlar üçün də real strateji və ya iqtisadi dividendlər vəd etmədiyini deyib, bu səbəbdən TRIPP-i ABŞ–Ermənistan tərəfdaşlığı kontekstində əsaslandırılmamış hesab edib. Oskanyan layihənin Türkiyə və Azərbaycan üçün geosiyasi üstünlüklər yaratdığını, Ermənistanın isə tranzit ölkə rolunda risklərə məruz qaldığı xüsusi qeyd edib. Onun dediklərindən belə çıxır ki, TRIPP nə Ermənistana, nə də ABŞ-a heç bir fayda vermir, layihə yalnız Türkiyə və Azərbaycana sərfəlidir. O, Paşinyan hökumətini danışıqlarda təcrübəsizlikdə və strateji düşüncə çatışmazlığında ittiham edib, TRIPP-in bu formada qəbulunu siyasi səhv adlandırıb.

Oskanyanın isterik açıqlamalarına Ermənistanın rəsmi şəxslərinin münasibəti özünü çox gözlətməyib. Parlamentin sədr müavini Ruben Rubinyan bildirib ki, TRIPP layihəsində payların İrəvan və Vaşinqton arasında bölüşdürülməsi Ermənistanın suverenliyinə zərər vurmayacaq. Rubinyan qeyd edib ki, nəzəri baxımdan Ermənistanın bu layihədə ümumiyyətlə, payı olmaya da bilərdi və bu halda belə ölkənin suverenliyi zərər görməzdi. O, nümunə kimi Zəngəzur Mis-Molibden Kombinatını – Ermənistanın ən iri müəssisələrindən birini göstərib. Yaxın vaxtlara qədər Ermənistanın həmin kombinatda payı olmayıb, lakin müəssisə Ermənistan ərazisində fəaliyyət göstərib, ölkə büdcəsinə vergi ödəyib, Ermənistan qanunlarına tabe olub və sair. Rubinyanın sözlərinə görə, TRIPP layihəsi də Ermənistanda eyni prinsiplər əsasında fəaliyyət göstərəcək və bununla bağlı bütün nəticələr də məhz bu çərçivədə formalaşacaq.

***

Ölkədə analitik yazılar üzrə ixtisaslaşmış “ArmenianReport” saytında yerləşdirilmiş “Vardan Oskanyanın “sadəlövhlüyü” sərlövhəli məqalədə keçmiş nazir kəskin tənqid olunub. Müəllif Karen Ambartsumun məqaləsində bildirilir: “Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan heyrətamiz bir “sadəlövhlük” nümayiş etdirməyə qərar verib. Bu, onun davranışını xarakterizə etmək üçün seçdiyim kifayət qədər yumşaq ifadədir. Dünya siyasət arenasında real oyun qaydalarını xırdalıqlarına qədər bilən bir şəxs birdən-birə özünü sadəlövh adam kimi təqdim etməyə çalışır. Yenə də qeyd edim ki, ondan eşitdiklərimizi ifadə edərkən olduqca ehtiyatlı terminlərdən istifadə edirəm. Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” kimi tanınan yeni dəhlizin reallaşdırılmasına dair çərçivə sazişi əldə ediblər. Həmin marşrut Ermənistan ərazisindən keçməklə Azərbaycanın Naxçıvan eksklavı ilə birləşdirilməsini də nəzərdə tutur. ABŞ Dövlət Departamenti tərəfindən yayımlanan sənəddə qeyd olunur ki, “TRIPP Development Company” adlı şirkət yaradılacaq. Bu şirkətdə Ermənistan səhmlərin 74 faizini ABŞ-a verəcək, 26 faizi isə özündə saxlayacaq. Şirkət dəhliz çərçivəsində dəmir yolu və avtomobil yolu layihələrinin inkişafı sahəsində hökumətlərarası əməkdaşlığa dəstək göstərəcək. Oskanyan isə bizim hamımıza anlatmağı vacib sayır ki, guya, bu layihənin bütün məqsədi və mahiyyəti Azərbaycanın dəhliz əldə etməsindən ibarətdir. Ciddisinizmi?! Yəni sabiq “baş diplomatımıza” inansaq, Azərbaycan artıq təkcə Ermənistan rəhbərliyinə deyil, həm də ABŞ Prezidenti Donald Trampa öz iradəsini diktə edə bilir. Ən gülməlisi isə odur ki, bütün bunların fonunda Oskanyan respublikanın indiki rəhbərliyini səriştəsizlikdə və beynəlxalq məsələlərdə savadsızlıqda ittiham edir! Bu məqamda, həyatda çox şey görmüş biri kimi, mənim belə heyrət ölçüm sıradan çıxdı. Çünki əsl savadsızlıq və səriştəsizlik dünyadakı real güc balansını anlamamazlıq görüntüsü yaratmaqdan ibarətdir. Təəssüf ki, məhz bu “günah” ölkənin sabiq xarici işlər naziri tərəfindən yol verilir. Əlbəttə, Oskanyan bütün bunları anlayır. Məhz buna görə də onun “sadəlövhlüyü” açıq-aşkar populist, hətta xəyanətkar xarakter daşıyır”.

Ümumiyyətlə, Oskanyanın TRIPP layihəsi ilə bağlı açıqlamaları Ermənistan cəmiyyətində ciddi müzakirələrə səbəb olub. Onun irəli sürdüyü iddialar ilk baxışda hayların maraqlarının müdafiəsi baxımından cəlbedici səslənsə də, mahiyyət etibarilə əsassızdır və daha çox ictimai narahatlıq yaratmağa hesablanıb. Oskanyanın arqumentləri real vəziyyəti deyil, emosional qorxuları ön plana çıxarır. Onun yanaşmasından belə nəticə çıxır ki, TRIPP layihəsi Ermənistan üçün qazanc deyil, əksinə, problemlər mənbəyidir.

Politoloq İlyas Hüseynov bu fikirdədir ki, TRIPP yalnız Azərbaycanın Naxçıvanla bağlantısına xidmət edən layihə deyil. Onun sözlərinə görə, söhbət Ermənistan ərazisində həyata keçiriləcək yol və dəmir yolu infrastrukturundan gedir: “Bu infrastruktur Ermənistanın nəzarətində qalacaq, ölkə qanunları ilə işləyəcək və büdcəyə vergi ödəyəcək. Əgər layihə həqiqətən də Ermənistanın maraqlarına zidd olsaydı, onun icrası üçün ABŞ kimi bir ölkə öz adını və siyasi məsuliyyətini ortaya qoymazdı. İkincisi, 49 illik idarəetmə məsələsi suverenliyin itirilməsi anlamına gəlmir. Dünyada yüzlərlə nümunə var ki, xarici şirkətlər uzunmüddətli layihələr həyata keçirir, amma həmin ölkələrin ərazi bütövlüyü və dövlətçiliyi heç bir zərər görmür. Ermənistanın öz ərazisində fəaliyyət göstərən iri müəssisələrin əksəriyyətində dövlətin payı ya azdır, ya da ümumiyyətlə yoxdur, lakin bu, indiyədək suverenlik problemi yaratmayıb”.

Ekspertin fikrincə, 26 faiz pay məsələsi də manipulyasiya olunur: “Payın faizi suverenliyin göstəricisi deyil. Əsas məsələ layihənin hansı ölkənin ərazisində həyata keçirilməsi, hansı qanunlara tabe olması və kimin nəzarət mexanizmlərinə malik olmasıdır. Ermənistan bu layihədə həm tranzit ölkə, həm də hüquqi sahiblərdən biridir. Oskanyanın 50 faiz+1 iddiası isə reallıqdan uzaqdır və mövcud güc balansını nəzərə almır. ABŞ-ın maraqları ilə bağlı səsləndirilən şübhələr də inandırıcı deyil. Vaşinqton üçün bu layihə regionda sabitlik, nəqliyyat əlaqələrinin açılması və yeni iqtisadi imkanlar deməkdir. ABŞ-ın burada iştirakı Ermənistan üçün əlavə təhlükəsizlik və siyasi təminat rolunu oynayır. Əgər layihə yalnız Türkiyə və Azərbaycan üçün sərfəli olsaydı, ABŞ bu qədər açıq şəkildə prosesə qoşulmazdı. Nəticə etibarilə, Oskanyanın fikirləri vəziyyəti izah etməkdən çox, xof yaratmağa xidmət edir. O, reallığı qəbul etmək əvəzinə, keçmişin yanaşmaları ilə bugünkü mürəkkəb siyasi şəraiti qiymətləndirməyə çalışır. Bu isə nə cəmiyyətə aydınlıq gətirir, nə də Ermənistanın real maraqlarına xidmət edir”.

Səxavət HƏMİD
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Yanvar 2026 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see396

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see339

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see273

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see235

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see223

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see204

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see203

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see199

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see193

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see190

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see187

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see177

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see173

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see170

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see166

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see161

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see159

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see159

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see144

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri