Ötən gün Binədə qətlə yetirilən şəxsin FOTOSU

26.04.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, ötən gün Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Əliyev qətlə yetirilib.

"Unikal"ın məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Maksim Əhmədov saxlanılıb.

Bildirilir ki, qətlə yetirilən Səlim Binə qəsəbəsində əmlak alqı-satqısı üzrə vasitəçi (makler) kimi fəaliyyət göstərib.

47 yaşlı Maksim isə taksi sürücüsü olub. İlkin məlumata görə, tərəflər arasında mübahisəyə səbəb avtomobillə bir-birilərinə yol verməmək üstündə olub.

Qeyd edək ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Maksim Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda istintaq davam edir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью