Ötən gün Binədə qətlə yetirilən şəxsin FOTOSU
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiyimiz kimi, ötən gün Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 1973-cü il təvəllüdlü Səlim Əliyev qətlə yetirilib.
"Unikal"ın məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Maksim Əhmədov saxlanılıb.
Bildirilir ki, qətlə yetirilən Səlim Binə qəsəbəsində əmlak alqı-satqısı üzrə vasitəçi (makler) kimi fəaliyyət göstərib.
47 yaşlı Maksim isə taksi sürücüsü olub. İlkin məlumata görə, tərəflər arasında mübahisəyə səbəb avtomobillə bir-birilərinə yol verməmək üstündə olub.
Qeyd edək ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Maksim Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda istintaq davam edir.
Baxış sayı:114
Bu xəbər 26 Aprel 2025 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















