Ötən il “Bank Respublika”dan 100 mln. manata yaxın depozit geri çəkilib Hesabat | Icma.az
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. “Bank Respublika” 2024-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.
“APA-Economics” banka istinadən xəbər verir ki, ötən il “Bank Respublika”nın xalis mənfəəti 2023-cü illə müqayisədə 25.6% və ya 1 milyon 316 min manat artaraq 50 milyon 569.9 min manat təşkil edib.
2023-cü ildə bank 40 milyon 253.3 min manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə bankın faiz gəlirləri 24.7% artaraq 236 milyon 610 min manat, faiz xərcləri isə 18.4% artaraq 86 milyon 73 min manat təşkil edib.
Bu dövrdə bankın qeyri-faiz gəlirləri 39 milyon 798 min manat ( illik müqayisədə 28% çox ), qeyri-faiz xərcləri isə 121 milyon 675 min manata ( illik müqayisədə 16.6% çox) bərabər olub.
Beləliklə, bank bu dövrdə 68 milyon 659 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2023-cü ilə nisbətən 31.4% çoxdur.
Ötən il bankın aktivləri 2.1% və ya 45.7 milyon manat artaraq 2 milyard 176.6 milyon manat təşkil edib.
Bu dövrdə bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 25.3% və ya 297.7 milyon manat artaraq 1 milyard 471.9 milyon manata çatıb.
Tam oxu
Xəbəri oxu