Icma.az
close
up
RU
Ötən il “Bank Respublika”dan 100 mln. manata yaxın depozit geri çəkilib Hesabat

Ötən il “Bank Respublika”dan 100 mln. manata yaxın depozit geri çəkilib Hesabat

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bank Respublika” 2024-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” banka istinadən xəbər verir ki, ötən il “Bank Respublika”nın xalis mənfəəti 2023-cü illə müqayisədə 25.6% və ya 1 milyon 316 min manat artaraq 50 milyon 569.9 min manat təşkil edib. 2023-cü ildə bank 40 milyon 253.3 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 24.7% artaraq 236 milyon 610 min manat, faiz xərcləri isə 18.4% artaraq 86 milyon 73 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 39 milyon 798 min manat ( illik müqayisədə 28% çox ), qeyri-faiz xərcləri isə 121 milyon 675 min manata ( illik müqayisədə 16.6% çox) bərabər olub. Beləliklə, bank bu dövrdə 68 milyon 659 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2023-cü ilə nisbətən 31.4% çoxdur.

Ötən il bankın aktivləri 2.1% və ya 45.7 milyon manat artaraq 2 milyard 176.6 milyon manat təşkil edib. Bu dövrdə bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 25.3% və ya 297.7 milyon manat artaraq 1 milyard 471.9 milyon manata çatıb.

Bu dövrdə “Bank Respublika”nın cəmi öhdəlikləri 1 milyard 977.9 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 0.14% və ya 2.8 milyon manat çoxdur. 2024-cü ildə bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 27.2% artaraq 534 milyon 529 min manat təşkil edib.

Hesabat dövründə “Bank Respublika”dan 100 milyon manata yaxın depozit geri çəkilib. Belə ki, ötən il bankın depozit portfeli 6.6% və ya 95.7 milyon manat azalaraq 1 milyard 348.1 milyon manata enib. Fiziki şəxslərin depozitləri əvvəlki illə müqayisədə 3.7% və ya 24.4 milyon manat azalaraq 636 milyon 244 min manat, hüquqi şəxslərin depozitləri isə 9.1% və ya 71.3 milyon manat azalaraq 711 milyon 842 min manat təşkil edib.

2025-ci il yanvar ayının 1-nə “Bank Respublika”nın cəmi kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 27.5% və ya 42 milyon 880 min manat artaraq 198 milyon 639.9 min manat təşkil edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://apa.az
archiveBu xəbər 16 Yanvar 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri