Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İranın səhiyyə naziri Məhəmməd Rza Zəfərkəndi havanın çirklənməsinin ötən il ölkədə 50 minə yaxın insanın ölümünə səbəb olduğunu bildirib.
Bizimyol.info xəbər verir ki, “Tesnim” Xəbər Agentliyinin məlumatına görə, Zəfərkəndi Milli Təmiz Hava Günü Konfransında çıxış edib.
Zəfərkəndi: “Ölkəmizdə ölənlərin 12,56 faizi, yəni təxminən 50 min insan havanın çirklənməsi səbəbindən həyatını itirib”, - deyə bildirib.
İranın səhiyyə naziri havanın çirklənməsinin vurduğu iqtisadi ziyanın 12 milyard dollar civarında olduğunu qeyd edib.
“Beynəlxalq standartlar hər kubmetr havada 5 mikroqramdan çox hissəciklərin olmasını çirklənmə kimi qəbul edir, biz bunu 12 mikroqram kimi müəyyən edirik.
Hətta öz meyarlarımıza görə, ölkəmizin şəhərləri ildə orta hesabla 247 gün çirkli hava ilə nəfəs alır.
Paytaxt Tehran üçün bu müddət 353 günə qədər uzanır”, - deyə o qeyd edib.