Ötən il İranda havanın çirklənməsi 50 minə yaxın insanın ölümünə səbəb olub
Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizimyol.info xəbər verir ki, “Tesnim” Xəbər Agentliyinin məlumatına görə, Zəfərkəndi Milli Təmiz Hava Günü Konfransında çıxış edib.
Zəfərkəndi: “Ölkəmizdə ölənlərin 12,56 faizi, yəni təxminən 50 min insan havanın çirklənməsi səbəbindən həyatını itirib”, - deyə bildirib.
İranın səhiyyə naziri havanın çirklənməsinin vurduğu iqtisadi ziyanın 12 milyard dollar civarında olduğunu qeyd edib. “Beynəlxalq standartlar hər kubmetr havada 5 mikroqramdan çox hissəciklərin olmasını çirklənmə kimi qəbul edir, biz bunu 12 mikroqram kimi müəyyən edirik. Hətta öz meyarlarımıza görə, ölkəmizin şəhərləri ildə orta hesabla 247 gün çirkli hava ilə nəfəs alır. Paytaxt Tehran üçün bu müddət 353 günə qədər uzanır”, - deyə o qeyd edib.
Nazir bildirib ki, Zabul hava çirkliliyinə görə ən çirkli, Sənəndəc isə ən təmiz şəhərdir.
Zəfərkəndi bildirib ki, Tehranda havanın çirklənməsinə şəhərin uyğun olmayan hava sirkulyasiyası, əhalinin sıxlığı, köhnə model nəqliyyat vasitələri və çox istifadə edilən motosikletlərin buraxdığı işlənmiş qazlar səbəb olur.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 20 Yanvar 2025 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















