Ötən ilin büdcəsi necə icra edilib? Komitə sədri detalları AÇIQLADI | Icma.az
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ötən ilin dövlət büdcəsi "post-faktum bir məsələ olsa da, onun icrasına dair hesabatın qanun layihəsi şəklində parlamentdə müzakirəsi bir neçə mühüm səbəb və məntiqə əsaslanır.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında ötən ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib.
O qeyd edib ki, birincisi, Azərbaycan Respublikasının Əsas Qanununda dövlət büdcəsinin təsdiq edilməsi ilə yanaşı, həm də onun icrasına nəzarət Milli Məclisin əsas mandatı kimi müəyyən edilib.
Parlament qarşısında büdcə hesabatlılığı mahiyyətcə elə büdcəyə nəzarətin həyata keçirilməsidir.
"İkincisi, büdcənin icrası ilə bağlı Milli Məclis qarşısında hesabatlılıq “Büdcə sistemi haqqında” qanunun tələblərindən irəli gəlir.
Üçüncüsü, büdcənin icra nəticələrinin Parlamentdə müzakirəsi bir tərəfdən büdcəyə nəzarət mexanizmlərini gücləndirir, digər tərəfdən də şəffaflığa şərait yaradır.
Büdcənin icrasına dair hesabatlılıq yol verilmiş xətaların, çatışmazlıqların aşkar edilməsinə, icra nəticələrinin sistemli təhlilinə, maliyyə intizamının gücləndirilməsinə şərait yaradır.
Tam oxu
Xəbəri oxu