Icma.az
close
up
RU
Ötən ilin büdcəsi necə icra edilib? Komitə sədri detalları AÇIQLADI

Ötən ilin büdcəsi necə icra edilib? Komitə sədri detalları AÇIQLADI

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən ilin dövlət büdcəsi "post-faktum bir məsələ olsa da, onun icrasına dair hesabatın qanun layihəsi şəklində parlamentdə müzakirəsi bir neçə mühüm səbəb və məntiqə əsaslanır. 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında ötən ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib.

O qeyd edib ki, birincisi, Azərbaycan Respublikasının Əsas Qanununda dövlət büdcəsinin təsdiq edilməsi ilə yanaşı, həm də onun icrasına nəzarət Milli Məclisin əsas mandatı kimi müəyyən edilib. Parlament qarşısında büdcə hesabatlılığı mahiyyətcə elə büdcəyə nəzarətin həyata keçirilməsidir.

"İkincisi, büdcənin icrası ilə bağlı Milli Məclis qarşısında hesabatlılıq “Büdcə sistemi haqqında” qanunun tələblərindən irəli gəlir. Üçüncüsü, büdcənin icra nəticələrinin Parlamentdə müzakirəsi bir tərəfdən büdcəyə nəzarət mexanizmlərini  gücləndirir, digər tərəfdən də  şəffaflığa şərait yaradır. Büdcənin icrasına dair hesabatlılıq yol verilmiş xətaların, çatışmazlıqların aşkar edilməsinə, icra nəticələrinin sistemli təhlilinə, maliyyə intizamının gücləndirilməsinə şərait yaradır. 

Dördüncüsü, büdcənin icra nəticələrinin nəzərdən keçirilməsi büdcə prosesinin təkmilləşdirilməsinə xidmət edən mühüm reqlamentdir. Belə ki, aparılan müzakirələr büdcə sistemindəki zəif bəndlərin aradan qaldırılması, aşkar edilmiş xətaların növbəti büdcə planlaşdırılmasında təkrarlanmaması üçün müvafiq tövsiyələrin verilməsi ilə nəticələnir. Nəhayət, büdcənin icrasına dair hesabat yalnız rəqəmlərin müqayisəsi deyil, həm də makroiqtisadi vəziyyətin, iqtisadi siyasətin effektivliyinin qiymətləndirilməsi üçün bir vasitədir.

Bu baxımdan, Milli Məclisdə dövlət büdcəsinin icra nəticələrinə dair müzakirələrin aparılması büdcə prosesinin çox mühüm mərhələsi olmaqla,  mahiyyətcə hökumətin parlament qarşısında büdcə hesabatlılığı kimi  dəyərləndirilə bilər".

2024-cü ilin icra edilmiş dövlət büdcəsinin əsas xüsusiyyətəri bəs nədən ibarətdir?

Komitə sədri qeyd edib ki, hər şeydən əvvəl, ötən ilin dövlət büdcəsi dürüstləşdirilmiş büdcədir.  

"Xatırlatmaq istərdim ki, 2024-cü il büdcəsinə həmin ilin iyun ayında yenidən baxılmaqla onun xərcləri ilkin təsdiq olunmuş göstəriciyə nisbətən 8,1 faiz və ya 3 mlrd. manata yaxın artırılmışdır. Büdcə dəyişikliyini proqnozdan artıq vergi daxilolmaları və artan maliyyə ehtiyaclarımız şərtləndirmişdir. Ötən ilin maliyyə sənədi həm də artan büdcə kimi  xarakterizə olunur. Belə ki, o həm proqnoza, həm də əvvəlki ilə nisbətən artmışdır. Ümumiyyətlə, son illər təsdiq edilmiş dövlət büdcələri miqyasca artım dinamikasına malikdir.  Müqayisə üçün qeyd edək ki, 2020-2024-cü illəri əhatə edən son 5 ildə büdcə xərcləri 11,3 mlrd. manat və ya 43 faiz artmışdır. 
Sosial və investisiya yönümlü xərclərin uzlaşdırılması və bir-birini tamamlaması icra edilmiş büdcənin əsas cəhətlərindəndir. Büdcə məxaricinin 56,6 faizinin cari, 40 faizinin isə əsaslı xərclərdən ibarət olması bunu bir daha təsdiq edir. Müzakirə etdiyimiz büdcənin digər bir xüsusiyyəti onun dayanıqlıq meyarlarına əsasən cavab verməsidir. Belə ki, ötən il cari xərclərin 90,1 faizi qeyri-neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılanmışdır. Komitə iclasında hörmətli maliyyə naziri bu rəqəmin 100 faizə çatdırılmasını perspektiv hədəflərdən biri kimi qeyd etmişdir", - Azər Əmiraslanov deyib.
Ötən ilin dövlət büdcəsi bəs hansı qlobal və lokal iqtisadi şəraitdə icra edilib?

O bildirib ki, 2024-cü ildə dünyada müharibə və münaqişələrin şiddətlənməsi, geosiyasi gərginliyin davam etməsi, dünya ölkələrinin bir-birinə qarşı tətbiq etdikləri sərt maliyyə sanksiyaları və ticarət məhdudiyyətləri qlobal iqtisadi artımın səviyyəsini 3,3 faizdən 3,2 faizə kimi azaldıb.

"Qlobal borclanmanın yüksək səviyyəsi fonunda illik inflyasiya 4,9 faiz təşkil edib. Dünya iqtisadiyyatındakı neqativ konyuktur dəyişikliklərindən fərqli olaraq,  ölkəmizdə 2024-cü ilin  makroiqtisadi mənzərəsi qənaətbəxş olmuşdur. Bu dövrdə ÜDM 4,1 faiz artmışdır. Qeyri-neft sektorunda artım isə 6,2 faiz təşkil etməklə ÜDM-da 68 faizlik paya malik olmuşdur. 

İllik inflyasiya 4,9 faiz olmaqla hədəf diapazonu daxilində formalaşmış, orta illik inflyasiya isə 2,2 faiz təşkil etmişdir. Xüsusi olaraq qeyd etmək istərdim ki, Mərkəzi Bank tərəfindən həyata keçirilən monetar siyasət həm makroiqtisadi sabitliyi, həm də fiskal siyasəti dəstəkləmişdir.  Görülmüş tədbirlər milli valyutanın mübadilə məzənnəsində sabitliyi təmin etmişdir.

Tədiyyə balansının cari əməliyyatlar hesabı 4,7 milyard dollarlıq müsbət saldoya malik olmuşdur. Beləliklə, strateji valyuta ehtiyatlarımız 71,0 milyard dollara çatmışdır. Təxminən ÜDM-in həcminə bərabər olan bu göstərici xarici dövlət borcunu təqribən 14 dəfə üstələmişdir. 

2024-cü ildə “Azeri Light” markalı neftin bir barelinin orta illik qiyməti 82,8 dollar səviyyəsində qərarlaşmışdır. Bu icra edilmiş dövlət büdcəsi üzrə əsas götürülən 75 dollardan 10,4 faiz çox olmuşdur. 

Bir sözlə, müzakirə etdiyimiz dövlət büdcəsi makroiqtisadi sabitlik şəraitində icra edilməklə yanaşı, həm də makroiqtisadi tarazlığın qorunmasına töhfə vermişdir.

Yeni tərtib edilmiş büdcə layihəsində olduğu kimi, büdcənin icrasına dair hesabatın da təhlili və dəyərləndirilməsinin öz alqoritmi var. Bu özündə aşağıdakı göstəricilərin nəzərdən keçirilməsini ehtiva edir.

Birincisi, büdcənin gəlirləridir. Hesabatın təhlili göstərir ki, gəlirlər proqnoz rəqəmlərindən artıq icra edilmişdir. Belə ki, 2024-cü il üzrə dövlət büdcəsinin gəlirləri 37,2 mlrd. manat olmaqla, proqnoza qarşı 774 mln. manat və ya 2,1 faiz, 2023-cü illə müqayisədə isə 1,9 mlrd. manat və ya 5,5 faiz çox icra edilmişdir. Hesabat ilində vergi orqanlarının xətti ilə büdcəyə 15,8 mlrd. manat, gömrük orqanlarının xətti ilə 6,6 mlrd. manat vəsait təmin edilmişdir. Bu isə proqnoza nisbətən müvafiq olaraq, 538 mln. manat və 214 mln. manat çoxdur. Qeyri-neft sektoru üzrə büdcə daxilolmaları proqnozla müqayisədə 573 mln. manat və ya 3,1 faiz artıq icra olunmaqla, 19,2 mlrd. manat təşkil etmiş, 2023-cü ilin müvafiq göstəricisini 2,1 mlrd. manat və ya 12,4 faiz üstələmişdir.
 Büdcənin gəlirlərində qeyri-neft sektorundan daxilolmaların payı 48,5 faizdən 51,6 faizə yüksəlmişdir. Qeyri-neft sektoru üzrə daxilolmaların proqnozları üstələməsi bu sektor üzrə ÜDM-in makroiqtisadi proqnozlarda nəzərdə tutulandan çox olması ilə əlaqədar olmuşdur. Belə ki, qeyri-neft ÜDM proqnozdan 956 milyon manat çox olmuş, real artım tempi isə 0,7 faiz-bəndi təşkil etmişdir.  Hesabat dövründə Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulduğu kimi 12,8 mlrd. manat transfert edilmişdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 İyun 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri