Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 23 yanvar, AZƏRTAC Azərbaycanda yalnız müvafiq ov sahələri və ovçuluq təsərrüfatları ərazilərində ov etməyə icazə verilir.
Həmin ərazilərdə həftənin cümə, şənbə və bazar günlərindən birində, yəni həftədə bir dəfə olmaqla ov edilə bilər.
Digər yerlərdə, o cümlədən xüsusi mühafizə olunan ərazilərin daxili və sanitariya-mühafizə zonalarında, sərhədyanı ərazilərdə, Xəzər dənizinin adaları, yaşıllıq sahələr, meşə əraziləri, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə ov qadağandır.
AZƏRTAC xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.
Ov mövsümündə tətbiq olunan icazə və qadağaları əhatə edən xəbərdarlıqla bağlı məlumat verən Xidmət rəsmisi deyib: “Ov etmək istəyən şəxs əvvəlcə mütləq ovçuluq bileti almalıdır ki, ov etmək hüququna sahib olsun.
Ovçuluq biletini əldə etmək üçün isə 5 saylı “ASAN xidmət” mərkəzinə müraciət olunmalıdır.
Ov etmək istəyən hər bir şəxs ovçuluq biletindən əlavə müvafiq regional ekologiya idarəsindən birdəfəlik ov icazə sənədi almalıdır.