Icma.az
close
up
RU
Ova yalnız müvafiq ov sahələri və ovçuluq təsərrüfatları ərazilərində icazə verilir AZƏRTAC

Ova yalnız müvafiq ov sahələri və ovçuluq təsərrüfatları ərazilərində icazə verilir AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 23 yanvar, AZƏRTAC

Azərbaycanda yalnız müvafiq ov sahələri və ovçuluq təsərrüfatları ərazilərində ov etməyə icazə verilir. Həmin ərazilərdə həftənin cümə, şənbə və bazar günlərindən birində, yəni həftədə bir dəfə olmaqla ov edilə bilər. Digər yerlərdə, o cümlədən xüsusi mühafizə olunan ərazilərin daxili və sanitariya-mühafizə zonalarında, sərhədyanı ərazilərdə, Xəzər dənizinin adaları, yaşıllıq sahələr, meşə əraziləri, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə ov qadağandır.

AZƏRTAC xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.

Ov mövsümündə tətbiq olunan icazə və qadağaları əhatə edən xəbərdarlıqla bağlı məlumat verən Xidmət rəsmisi deyib: “Ov etmək istəyən şəxs əvvəlcə mütləq ovçuluq bileti almalıdır ki, ov etmək hüququna sahib olsun. Ovçuluq biletini əldə etmək üçün isə 5 saylı “ASAN xidmət” mərkəzinə müraciət olunmalıdır. Ov etmək istəyən hər bir şəxs ovçuluq biletindən əlavə müvafiq regional ekologiya idarəsindən birdəfəlik ov icazə sənədi almalıdır. Bu sənəddə ovlanacaq ov obyektinin növü, sayı və ərazi qeyd olunur”.

A.Babayeva diqqətə çatdırıb ki, ayrılan birdəfəlik ov icazəsində göstərilən limitdən artıq, qeyd olunan tarixdən və göstərilən ərazidən kənarda ov etmək qadağandır. Ov icazəsi hansı günə verilirsə, həmin gün də istifadə edilməli, birdəfəlik ov icazəsində hansı tarix, ərazi göstərilirsə, həmin formada ov təşkil olunmalıdır. Bu qaydaları pozan şəxsləri qanunla müəyyən edilmiş qaydada ciddi cəzalar və cərimələr gözləyir.

Qaydalara riayət olunmasının vacibliyini vurğulayan A.Babayeva bildirib ki, ovçu məsuliyyətli olmalı, qanunvericiliyə, ətraf-mühitə hörmətlə yanaşmalı və müəyyən edilmiş ov qaydalarına ciddi riayət etməlidir.

Xidmət rəsmisi hər kəsi, xüsusilə də ovçuluq fəaliyyəti ilə məşğul olan vətəndaşları ov obyektlərinin populyasiyasına ziyan vurmamağa və ölkə qanunvericiliyinin tələblərinə riayət etməyə çağırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Yanvar 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see241

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see158

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri