Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Vaşinqton”un kapitanı Aleksandr Oveçkin üçün “Yuta” ilə oyun həm yaxşı, həm də pis mənada əlamətdar olub.
İş ondadı ki, rusiyalı ulduz komandasının 6:2 hesablı qələbəsinə iki qolla töhfə verib və MHL tarixinə 100-cü dəfə dubl edən ilk hokkeyçi kimi düşüb.
Amma o, baldır zədələsinə görə meydanı erkən tərk etməli olub.
Klubun mətbuat xidmətinin yaydığı xəbərə görə, Oveçkin ən azı üç oyunu buraxacaq.
39 yaşlı rusiyalının cari mövsümdə keçirdiyi 18 oyunda 25 (15+10) xal topladığını da xatırladaq.
MHL-də keçirdiyi 1444-cü oyunda qol sayını 868-ə çatdıran Oveçkin indi rekordçu Ueyn Qretskidən (894) cəmi 26 qol geri qalır.
Bu arada “The Athletic” portalı MHL-də çıxış edən oyunçular arasında anonim sorğu keçirib.