Icma.az
close
up
RU
Oveçkin fərqi azaltdı və sıradan çıxdı

Oveçkin fərqi azaltdı və sıradan çıxdı

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Vaşinqton”un kapitanı Aleksandr Oveçkin üçün “Yuta” ilə oyun həm yaxşı, həm də pis mənada əlamətdar olub.

İş ondadı ki, rusiyalı ulduz komandasının 6:2 hesablı qələbəsinə iki qolla töhfə verib və MHL tarixinə 100-cü dəfə dubl edən ilk hokkeyçi kimi düşüb. Amma o, baldır zədələsinə görə meydanı erkən tərk etməli olub. Klubun mətbuat xidmətinin yaydığı xəbərə görə, Oveçkin ən azı üç oyunu buraxacaq. 39 yaşlı rusiyalının cari mövsümdə keçirdiyi 18 oyunda 25 (15+10) xal topladığını da xatırladaq. MHL-də keçirdiyi 1444-cü oyunda qol sayını 868-ə çatdıran Oveçkin indi rekordçu Ueyn Qretskidən (894) cəmi 26 qol geri qalır. Bu arada “The Athletic” portalı MHL-də çıxış edən oyunçular arasında anonim sorğu keçirib. Suallardan biri isə belə belə olub: “Oveçkinin MHL-də qol sayına görə Qretskinin rekordunu yeniləməsini istəyirsizmi?” Hokkeyçilərin 98,1 faizi bu suala müsbət, 1,9 faizi mənfi cavab verib. Səsvermədə ümumilikdə 156 oyunçu iştirak edib.
MHL ilə bağlı daha bir yeni xəbər var. “Boston” rəsmi saytı vasitəsi ilə Cim Montqomerinin baş məşqçi postundan qovulduğunu açıqlayıb. Bu, 2024/25 mövsümündəki ilk məşqçi istefasıdı. Montqomerinin köməkçisi Co Sakko baş məşqçinin səlahiyyətlərini müvəqqəti yerinə yetirəcək. Klubun baş direktoru Don Suini 2022-ci il iyulun 1-dən “sükan arxasında” olan Montqomerinin istefası haqda danışıb:

“Bu gün mən baş məşqçi dəyişikliyi ilə bağlı çox çətin qərar verdim. Cim Montqomeri çox yaxşı məşqçi və ondan da yaxşı adamdı. O, kluba müsbət təsir göstərib. Buna görə Cimə minnətdaram. Onunla işləmək və ondan öyrənmək imkanımızı yüksək dəyərləndirirəm”.


Cari mövsümdə keçirdiyi 21 oyunun 12-də uduzan “Boston” Şərq konfransının turnir cədvəlində 8-ci yerdə qərarlaşıb.
19 noyabr
Boston – Kolambus 1:5 (0:3, 1:0, 0:2)
Filadelfiya – Kolorado 2:3 (0:0, 0:2, 2:1)
Monreal – Edmonton 3:0 (0:0, 1:0, 2:0)
Dallas – Anahaym 2:4 (0:2, 0:1, 2:1)
Yuta – Vaşinqton 2:6 (1:3, 1:1, 0:2)
San-Xose – Detroyt 5:4 ОТ (1:2, 2:1, 1:1, 1:0)
20 noyabr
Ottava – Edmonton 2:5 (1:3, 0:1, 1:1
Pittsburq – Tampa-Bey 2:3 ОТ (1:0, 1:0, 0:2, 0:1)
Sent-Luis – Minnesota 2:4 (0:1, 1:0, 1:3)
Vinnipeq – Florida 6:3 (2:0, 1:1, 3:2)
Çikaqo – Anahaym 2:3 (1:1, 1:0, 0:2)
Kalqari – Aylenders 2:1 Б (0:0, 0:1, 1:0, 0:0, 1:0)
Vankuver – Reyncers 3:4 (2:2, 1:1, 0:1)
21 noyabr
Filadelfiya – Karolina 1:4 (0:1, 1:0, 0:3)
Toronto – Veqas 3:0 (1:0, 0:0, 2:0)
Dallas – San-Xose 5:2 (1:1, 2:0, 2:1)
Sietl – Neşvill 3:0 (0:0, 1:0, 2:0)
Los-Anceles – Baffalo 0:1 (0:0, 0:0, 0:1)
22 noyabr
Boston – Yuta 1:0 (0:0, 1:0, 0:0)
Kolambus – Tampa-Bey 7:6 ОТ (1:3, 4:2, 1:1, 1:0)
Detroyt – Aylenders 2:1 (0:1, 0:0, 2:0)
Nyu-Cersi – Karolina  4:2 (1:1, 1:0, 2:1)
Ottava – Veqas 2:3 (0:1, 0:1, 2:1)
Vaşinqton – Kolorado 1:2 (1:0, 0:1, 0:1)
Sent-Luis – San-Xose 3:2 Б (1:1, 1:0, 0:1, 0:0, 1:0)
Çikaqo – Florida 3:1 (1:0, 1:1, 1:0)
Kalqari – Reyncers 3:2 (1:0, 1:2, 1:0)
Edmonton – Minnesota 3:5 (1:1, 1:3, 1:1)
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Dekabr 2024 22:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri