Övladlarımın həyatına zərər yetirəcəkləri barədə mesajlar aldım Estetik cərrahlar jurnalis…
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Uzun müddətdir ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova Azərvaycanda müxtəlif klinikalarda fəaliyyət göstərən estetik cərrahlar tərəfindən ölümlə təhdid edildiyini bildirib."AzPolitika" xəbər verir ki, bu barədə o, "Facebook" hesabından paylaşım edib.Bu yaxınlarda saxta sənədlər əsasında fəaliyyət göstərdiyi iddia olunan 50-yə yaxın estetik cərrahın adını açıqlayan Q.
Ataşova “rezidenturasız cərrahlar” kimi çalışan bəzi şəxslərin onu susdurmaq üçün müxtəlif yollara əl atdıqlarını bildirib."Xakker hücumlarını maliyyələşdirənlər arasında "LBC" klinikasının rezidenturasız cərrahı Natəvan Əmirova, eyni klinikadan adı siyahıda keçən daha 4 nəfər var və eyni zamanda Könül Ağamirova, Ülviyyə Ağazadə, "Badam" klinikasından Səkinə Xudiyeva, Vüsal Abdullayev və bu klinikada makler kimi fəaliyyət göstərən həkim Pərviz Əhmədov, eləcə də saxta yolla plastik cərrah olmuş Sevinc Heydərova var.
Bu şəxslər ilk olaraq, şou-biznesdəki və mediada çalışan tanışlarının dəstəyi ilə mənə qarşı təxribat xarakterli hücumlar etdilər.
Daha sonra külli miqdarda maddi təkliflərlə məni ələ almağa çalışdılar.
Bu cəhdlər nəticəsiz qaldıqda, müxtəlif sosial media platformalarında haqqımda böhtan xarakterli paylaşımlar etdilər.
Nəhayət, trollar vasitəsilə şəxsi mesaj qutuma sağlamlıq və həyatımla bağlı ciddi təhdidlər göndərdilər.
Övladlarımın həyatına zərər yetirəcəkləri barədə mesajlar aldım",-deyə paylaşımda qeyd olunur. Q.
Tam oxu
Xəbəri oxu