Icma.az
close
up
RU
Övladlarımın həyatına zərər yetirəcəkləri barədə mesajlar aldım Estetik cərrahlar jurnalisti təhdid edir? AzPolitika onlayn siyasiictimai qəzet

Övladlarımın həyatına zərər yetirəcəkləri barədə mesajlar aldım Estetik cərrahlar jurnalisti təhdid edir? AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Uzun müddətdir ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova Azərvaycanda müxtəlif klinikalarda fəaliyyət göstərən estetik cərrahlar tərəfindən ölümlə təhdid edildiyini bildirib.

"AzPolitika" xəbər verir ki, bu barədə o, "Facebook" hesabından paylaşım edib.

Bu yaxınlarda saxta sənədlər əsasında fəaliyyət göstərdiyi iddia olunan 50-yə yaxın estetik cərrahın adını açıqlayan Q. Ataşova “rezidenturasız cərrahlar” kimi çalışan bəzi şəxslərin onu susdurmaq üçün müxtəlif yollara əl atdıqlarını bildirib.

"Xakker hücumlarını maliyyələşdirənlər arasında "LBC" klinikasının rezidenturasız cərrahı Natəvan Əmirova, eyni klinikadan adı siyahıda keçən daha 4 nəfər var və eyni zamanda Könül Ağamirova, Ülviyyə Ağazadə, "Badam" klinikasından Səkinə Xudiyeva, Vüsal Abdullayev və bu klinikada makler kimi fəaliyyət göstərən həkim Pərviz Əhmədov, eləcə də saxta yolla plastik cərrah olmuş Sevinc Heydərova var. Bu şəxslər ilk olaraq, şou-biznesdəki və mediada çalışan tanışlarının dəstəyi ilə mənə qarşı təxribat xarakterli hücumlar etdilər. Daha sonra külli miqdarda maddi təkliflərlə məni ələ almağa çalışdılar. Bu cəhdlər nəticəsiz qaldıqda, müxtəlif sosial media platformalarında haqqımda böhtan xarakterli paylaşımlar etdilər. Nəhayət, trollar vasitəsilə şəxsi mesaj qutuma sağlamlıq və həyatımla bağlı ciddi təhdidlər göndərdilər. Övladlarımın həyatına zərər yetirəcəkləri barədə mesajlar aldım",-deyə paylaşımda qeyd olunur. 

Q. Ataşova "İnstagram" hesabına yollanan təhdid mesajlarından bir neçə nümunəni də paylaşıb. 

Jurnalist sözügedən paylaşımında hüquq mühafizə orqanlarına, eləcə də digər aidiyyatı qurumlara müraciət edərək sözügedən şəxslərlə bağlı tədbir görülməsini xahiş edib: "Məqsədləri aydındır, həqiqətləri ictimailəşdirməyimə mane olmaq və məni susdurmaq. "İnstagram" hesabımda bu təhdid mesajlarının çoxsaylı nümunələri mövcuddur. Bu gün yalnız birini paylaşaraq, vəziyyətin nə qədər ciddi olduğunu göstərmək istəyirəm.Bu şəxslər həkim adını diplomla deyil, qeyri-qanuni yollarla qazanmağa üstünlük veriblər. Onların və adları çəkilən klinikaların fəaliyyəti cəmiyyətin sağlamlığı üçün ciddi təhlükədir. Aldatdıqları insanlardan topladıqları pulları troll ordusu, saxta hesablar və hətta xakker hücumlarına yönəldirlər. Hüquq mühafizə orqanlarını və bütün aidiyyəti qurumları bu vəziyyətə müdaxilə etməyə çağırıram. Xalqın sağlamlığını təhlükəyə atan, təhdid və təzyiqlərlə həqiqətləri gizlətməyə çalışan bu şəxslərə qarşı tədbirlər görülməsi zəruridir".

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Noyabr 2024 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see284

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see233

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see169

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see144

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see141

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri