Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan oxatanları Belarusun Brest şəhərində keçirilən beynəlxalq turnirdə iki medal qazanıblar.
Fatimə Hüseynli U-21 yaş qrupunda 70 metr məsafəyə atışda 622 təsnifat xalı toplayaraq gümüş medal qazanıb. Qadınlardan ibarət Azərbaycan milli komandası da fəxri kürsüyə yüksəlib. Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürəhmanovadan ibarət yığma finalda Rusiya komandasını 5:3 hesabı ilə məğlub edərək bürünc medala sahib olub.
Qeyd edək ki, 5 gün davam edən yarışda Azərbaycan, Rusiya, Tatarıstan, Buryatiya və Saxadan 220 idmançı iştirak edib.
Qabil YUSİFOĞLU
XQ