Oxatanlarımız 2 medal qazanıblar
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan oxatanları Belarusun Brest şəhərində keçirilən beynəlxalq turnirdə iki medal qazanıblar.
Fatimə Hüseynli U-21 yaş qrupunda 70 metr məsafəyə atışda 622 təsnifat xalı toplayaraq gümüş medal qazanıb. Qadınlardan ibarət Azərbaycan milli komandası da fəxri kürsüyə yüksəlib. Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürəhmanovadan ibarət yığma finalda Rusiya komandasını 5:3 hesabı ilə məğlub edərək bürünc medala sahib olub.
Qeyd edək ki, 5 gün davam edən yarışda Azərbaycan, Rusiya, Tatarıstan, Buryatiya və Saxadan 220 idmançı iştirak edib.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:Kamandan oxatanlarımız Avropa Çempionatında
10 Fevral 2026 17:43
Gimnaziada: Kamandan oxatanlarımız bürünc medal uğrunda yarışacaq
10 Aprel 2025 16:15
Kamandan oxatanlarımız Belarusda iki medal qazandı FOTO
28 Avqust 2026 16:39
Oxatanlarımız Dünya Kubokunun IV mərhələsində mübarizə aparacaqlar
22 İyun 2026 19:12
Oxatanlarımız beynəlxalq turniri yeddi medalla başa vurublar
27 Avqust 2026 21:34
Baxış sayı:124
Bu xəbər 29 Avqust 2026 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















