Oxu Məni media qrupunun çəkdiyi Özümü axtarıram adlı serial | Icma.az
Icma.az, Oxumeni.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Oxu Məni" media qrupunun çəkdiyi "Özümü axtarıram" adlı serial Bir vaxtlar "Özümü axtarıram" romanı Türkiyə və Azərbaycan televiziya kanallarının diqqət mərkəzində idi…2008-ci ildə "Oxu Məni" media qrupunun nəzdində fəaliyyət göstərən "Serial" production "Özümü axtarıram" adlı serialın çəkilişinə başlamışdı.
Natiq Qocamanın ssenarisi əsasında ekranlaşdırılması planlaşdırılan eyniadlı əsərin birinci hissəsinin çəkilişləri elə ilk gündən çoxsaylı problemlərlə müşayiət olunmuşdu.
Təşkilati məsələlər düzgün qurulsa da, təcrübə azlığı texniki məsələlərdə öz sözünü deyirdi.
Əslində, filmin birinci hissəsi ekranda nümayiş etdirilmək üçün çəkilməmişdi.
Nümunə olaraq ekranlaşdırılmışdı ki, ssenarinin təsdiqi üçün ATV kanalına təqdim olunsun.
Bu, həm də daxili imkanlar çərçivəsində "Serial" productionun ilk işi idi və bir növ kastinq xarakteri daşıyırdı.
O zamanlar "Serial" sektoruna dövlət qayğısı olmadığından ATV kanalı da çəkilişlərə başlaya bilmədi.
Tam oxu
Xəbəri oxu