Icma.az
close
up
RU
Oxu Məni media qrupunun çəkdiyi Özümü axtarıram adlı serial

Oxu Məni media qrupunun çəkdiyi Özümü axtarıram adlı serial

Icma.az, Oxumeni.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Oxu Məni" media qrupunun çəkdiyi "Özümü axtarıram" adlı serial


Bir vaxtlar "Özümü axtarıram" romanı Türkiyə və Azərbaycan televiziya kanallarının diqqət mərkəzində idi…
2008-ci ildə "Oxu Məni" media qrupunun nəzdində fəaliyyət göstərən "Serial" production "Özümü axtarıram" adlı serialın çəkilişinə başlamışdı. Natiq Qocamanın ssenarisi əsasında ekranlaşdırılması planlaşdırılan eyniadlı əsərin birinci hissəsinin çəkilişləri elə ilk gündən çoxsaylı problemlərlə müşayiət olunmuşdu. Təşkilati məsələlər düzgün qurulsa da, təcrübə azlığı texniki məsələlərdə öz sözünü deyirdi. Əslində, filmin birinci hissəsi ekranda nümayiş etdirilmək üçün çəkilməmişdi. Nümunə olaraq ekranlaşdırılmışdı ki, ssenarinin təsdiqi üçün ATV kanalına təqdim olunsun. Bu, həm də daxili imkanlar çərçivəsində "Serial" productionun ilk işi idi və bir növ kastinq xarakteri daşıyırdı. O zamanlar "Serial" sektoruna dövlət qayğısı olmadığından ATV kanalı da çəkilişlərə başlaya bilmədi. Doğrudur, 2010-2011-ci illərdə SOY production və ATV adıçəkilən əsəri yenidən ekranlaşdırmaq qərarına gəldi. Bu barədə ikitərəfli və çoxtərəfli görüşlər keçirildi. Lakin maliyyə problemlərindən iş niyyət sazişindən irəli gedə bilmədi. 2012-ci ildə isə "Özümü axtarıram" əsəri "Sirr" adı ilə yenidən gündəmə gəldi. Sonradan SOY production və ATV kanalı "Sirr" adı ilə serialı ekranlaşdıra bildilər.

Yeri gəlmişkən, Türkiyənin dövlət xəbər agentliyi "Anadolu Ajansı" 11.01.2012-ci il və 27.01.2012-ci il tarixlərində "Serial" qəzeti haqda məlumat yaydıqdan sonra qardaş ölkənin aparıcı serial istehsalçıları da "Özümü axtarıram" və başqa əsərlərlə maraqlanmağa başlamışdılar. "Oxu Məni" media qrupunun arxivində olan təxminən 600 əsərdən bir neçəsi ikitərəfli müzakirə obyektinə çevrilsə də müxtəlif səbəblərə görə kağız üzərində qaldı.

İndi isə qayıdaq 2008-ci ildə çəkilmiş "Özümü axtarıram" serialının birinci hissəsinə. O zamanlar film həvəskar səviyyədə lentə alınsa da, tamaşa edən hər kəsin rəğbətinə səbəb oldu. Lakin aradan qısa bir müddət keçdikdən sonra film qeyri-müəyyən səbəblərdən yoxa çıxdı. Hətta kompüterlərə köçürülmüş nüsxələr də silinmişdi. Biz Oxu Məni komandası olaraq filmin fraqmentlərini hissə-hissə əldə edərək, çətinliklə də olsa yenidən bərpa edə bildik. Əziz oxucular və tamaşaçılar, xahiş edirik bu filmi əvvəldən axıra qədər izləyin və rəylərinizi bildirin. Çünki əsərin və "Serial" productionun gələcək fəaliyyəti sizin fikirlərinizdən və rəylərinizdən çox asılıdır…


Oxuməni.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 18 Aprel 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see305

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see303

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see302

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see297

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see292

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see274

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see274

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see271

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see269

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see253

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see248

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see245

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see234

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see232

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see230

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see220

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see214

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see212

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see204

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri