“Oyunçular emosional davrana bilər, amma əsəblərini cilovlamalıdırlar” Qurban Qurbanov | I…
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Oyunçular emosional davrana bilər, amma əsəblərini cilovlamalıdırlar” - Qurban Qurbanov "Qarabağ" Misli Premyer Liqasının 14-cü turunda səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.
QOL.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Təcrübəli mütəxəssis hər iki komandanın kubok oyunlarından sonra yorğun olduğunu, lakin rəqibin hər matçda daha da formalaşdığını və Rəşad Sadıqovun sürprizlər etdiyini vurğulayıb.
- Keyfiyyət baxımdan oyun istədiyimiz kimi olmasa da, meydanda gərgin mübarizə vardı. Futbolçular çox enerji sərf etdilər.
Biz də, “Zirə” də kubok matçından sonra meydana çıxmışdıq. Rəqibin oyunu isə 120 dəqiqə davam etmişdi.
Buna görə dinamikanın bir qədər aşağı olması normaldır. Amma meydanda ciddi mübarizə getdi və hər iki komanda 1 xal qazanmağa layiq idi.
Futbolçular həqiqətən çox əziyyət çəkdi. Oyundan-oyuna daha çətin, daha formalaşmış və daha geniş düşüncəli “Zirə” ilə qarşılaşırıq.
Tam oxu
Xəbəri oxu