Icma.az
close
up
RU
“Oyunçular emosional davrana bilər, amma əsəblərini cilovlamalıdırlar” Qurban Qurbanov

“Oyunçular emosional davrana bilər, amma əsəblərini cilovlamalıdırlar” Qurban Qurbanov

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Oyunçular emosional davrana bilər, amma əsəblərini cilovlamalıdırlar” - Qurban Qurbanov

"Qarabağ" Misli Premyer Liqasının 14-cü turunda səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.

QOL.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli mütəxəssis hər iki komandanın kubok oyunlarından sonra yorğun olduğunu, lakin rəqibin hər matçda daha da formalaşdığını və Rəşad Sadıqovun sürprizlər etdiyini vurğulayıb.

- Keyfiyyət baxımdan oyun istədiyimiz kimi olmasa da, meydanda gərgin mübarizə vardı. Futbolçular çox enerji sərf etdilər. Biz də, “Zirə” də kubok matçından sonra meydana çıxmışdıq. Rəqibin oyunu isə 120 dəqiqə davam etmişdi. Buna görə dinamikanın bir qədər aşağı olması normaldır. Amma meydanda ciddi mübarizə getdi və hər iki komanda 1 xal qazanmağa layiq idi. Futbolçular həqiqətən çox əziyyət çəkdi. Oyundan-oyuna daha çətin, daha formalaşmış və daha geniş düşüncəli “Zirə” ilə qarşılaşırıq. Rəşad Sadıqovdan hər matçda bir sürpriz gözləmək mümkündür və bunu oyunun gedişində hiss edirik. Güclü rəqibə qarşı oynadıq. Hər iki komandaya uğurlar arzulayıram.

- Montieli iki mövqedə oynatdınız. Bu haqda fikriniz necədir?

- O, üç müxtəlif mövqedə oynaya bilən futbolçudur. Həm dayaq yarımmüdafiəçisi, həm “10 nömrə”, həm də vinger kimi çıxış edə bilir. Həqiqətən universal oyunçudur. Rotasiyalar və oyunun gedişatı buna səbəb oldu. “Zirə” birə-bir mübarizələrdə çox yaxşı çıxış edir, müdafiədə isə cəsarətli və aktivdirlər. Montieldən çox razı qaldım. Hər dəfə onun haqqında pozitiv fikirlər formalaşır.

- "Ayaks"la matça start heyətində çıxa bilər?

- Tam hazır deyil. Bəlkə də bu gün onun üçün 90 dəqiqə oynamaq çoxdur. İlyarımdır ki, bu rejimdə nə məşq edir, nə də oynayır. İlk dəqiqələrdən olmasa da, oyunun gedişatında müəyyən dəyişikliklər edə bilər. Əvvəlki matçda 90 dəqiqə oynamışdı və üç gün sonra bərpa oldu. Özünün dediyinə görə, çox yorulmuşdu. Qarşıdakı günlərdə onun bərpasına baxacağıq və ona uyğun qərar verəcəyik. Oyundan-oyuna daha hazırlıqlı olur.

- Həm rəqib, həm də baş hakim icazə vermədi ki, fasilələlər çox olsun. Bu, "Ayaks"la oyunöncəsi yaxşı təsir göstərə bilər?

- Biz hakimlərə deməmişdik ki, fasilə verməyin. Hər oyun bu cür davamiyyətli olmalıdır. İstənilən futbolçu o rejimə, o tempə uyğunlaşmalıdır. Oyun nə qədər çox dayansa, azarkeşlər üçün də maraqsız olur.

- Abdullah Zubir əsəblərini cilovlaya bilmədi. Onun hərəkətinə reaksiyanız necədir?

- Məni həmişə sakit görürsünüz, ancaq mən də bəzən emosiyalarımı saxlaya bilmirəm. Bir futbolçuya qarşı daha sərt oynayırlarsa, onu izləyirlərsə, ondan da hansısa emosional hərəkət olacaq. Zubir rəqibin üzünə əl atmadı, sadəcə itələdi. Oyunçulara tapşırıq olmuşdu ki, əsəblərini cilovlasınlar. O da futbolçudur, emosiyalarını biruzə verə bilər.

- "Ayaks"la görüş həlledicidir. Komanda oyuna nə qədər hazırdır? Rəqibi təhlil etmisiniz?

- Onların oyunlarına baxmışıq. Son matçda sistemdə dəyişiklik etdilər. Ola bilər ki, əvvəl etdiyimiz təhlil dəyişsin, tam fərqli düşüncədə olaq. Belə olanda əlavə düşüncə lazım olacaq. Şansa gəldikdə, qarşıda bundan əlavə iki oyunumuz da var. Bakıda oynayırıq, yaxşı nəticə üçün hər şeyi etməyə çalışacağıq. Amma rəqib də bunu düşünür. Çalışacağıq ki, intizamlı oynayaq və nəticə qazanaq.

- Ramil Şeydayev "Qarabağ"dakı ilk dövründə normal səviyyəyə gəlmişdi. Bəs bu dəfə necə, əvvəlki formasına qayıdacağına inanırsınız? 

- İstəklidir, amma bəlkə ona daha çox şans versək, idman formasını daha tez bərpa edə bilər. Hər bir futbolçu üçün oyun sayı və oyun dəqiqəsi çox vacibdir. Nə qədər məşq etsə və istəkli olsa da, matç təcrübəsi tamamilə fərqlidir. Razı qaldığım odur ki, o həm istəkli, həm də intizamlıdır. Komandada ikinci heyət də var ki, uğur üçün böyük fayda verir. Bu oyunçular nəticə əldə etmək baxımdan kömək edir, əsas heyət üzvləri üçün isə rəqabət yaradır. Şərt deyil ki, onlar bütün oyunlarda iştirak etsinlər. Hər tərəfdən futbolçulardan razıyam. Məşqlərdə 20 oyunçunun aktiv olması komandanın idman formasını qorumasına böyük töhfə verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://qol.az
archiveBu xəbər 06 Dekabr 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri