Oyundan sonra futbolçunun bahalı saatı oğurlandı

14.11.2024

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyanın “Krasnodar” futbol klubunun (FK) hücumçusu Fedor Smolov son oyundan sonra paltardəyişmə otağından dəyəri 7-8 milyon rubl (təxminən 121-138 min manat arası) olan saatını itirib.

Lent.az yerli mediaya istinadla bildirir ki, bazar günü, noyabrın 10-da Kazan komandası Rusiya Premyer Liqasının 15-ci turu çərçivəsində “Rubin”lə qarşılaşıb. Futbolçu oyundan sonra qonaqların paltardəyişmə otağına qoyduğu saatı tapa bilməyib.

Oğrunu axtarmaq üçün müşahidə kameralarına baxılıb, lakin kameralar yalnız soyunub-geyinmə otağının girişini göstəriblər, şübhəli heç nə tapılmayıb.

Məlumata görə, itirilən saatın markası “Audemars Piguet”in platin məhdud buraxılışlı “Royal Oak”dır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью