Oyundan sonra futbolçunun bahalı saatı oğurlandı
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyanın “Krasnodar” futbol klubunun (FK) hücumçusu Fedor Smolov son oyundan sonra paltardəyişmə otağından dəyəri 7-8 milyon rubl (təxminən 121-138 min manat arası) olan saatını itirib.
Lent.az yerli mediaya istinadla bildirir ki, bazar günü, noyabrın 10-da Kazan komandası Rusiya Premyer Liqasının 15-ci turu çərçivəsində “Rubin”lə qarşılaşıb. Futbolçu oyundan sonra qonaqların paltardəyişmə otağına qoyduğu saatı tapa bilməyib.
Oğrunu axtarmaq üçün müşahidə kameralarına baxılıb, lakin kameralar yalnız soyunub-geyinmə otağının girişini göstəriblər, şübhəli heç nə tapılmayıb.
Məlumata görə, itirilən saatın markası “Audemars Piguet”in platin məhdud buraxılışlı “Royal Oak”dır.
Bu mövzuda digər xəbərlər:Məşhur futbolçunun evindən bahalı saatları oğurlandı
25 Oktyabr 2025 16:13
Qalmaqallı oyundan sonra ilk istefa
10 Fevral 2025 14:08
Berdiyev Sabahla oyundan sonra nə danışdı?
24 Noyabr 2024 19:43
“Göztepe” 11 oyundan sonra qələbə qazandı
29 Aprel 2025 00:04
Rafinya Boliviya ilə oyundan sonra gileyləndi
10 Sentyabr 2025 18:59
Baxış sayı:95
Bu xəbər 14 Noyabr 2024 20:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















