Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq. Türkiyənin şou-biznes dünyasında bir çox məşhur sənətçi səhnədə fərqli adlarla tanınır.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu adlar, onların sənət həyatında daha yadda qalan və təsirli olmaq məqsədilə seçilir.
Aşağıda bəzi məşhur sənətçilərin səhnə adları və əsl adları təqdim olunur: Sezen Aksu – Fatma Sezen Yıldırım Türkiyənin "Minik Serçe"si kimi tanınan Sezen Aksunun əsl adı Fatma Sezen Yıldırım-dır.
O, musiqi karyerasına başladıqdan sonra Sezen Aksu adını istifadə etməyə başlayıb.
Müslüm Gürses – Müslüm Akbaş Arabesk musiqisinin əfsanəsi Müslüm Gürsesin əsl adı Müslüm Akbaş-dır.
"Gürses" soyadını, güclü səsi və musiqidəki təsirli ifası ilə əlaqələndirilərək qəbul edib.
Tarkan – Tarkan Tevetoglu Pop musiqisinin "Megastar"ı Tarkanın əsl adı Tarkan Tevetogludur.
O, əsl adını istifadə edərək musiqi dünyasında tanınıb və bu adla böyük uğurlar qazanıb.