Ozan Kabak Türkiyə millisinin düşərgəsini tərk etdi

13.11.2026

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyə millisinin müdafiəçisi Ozan Kabak yığmanın düşərgəsini tərk edib.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb.

26 yaşlı futbolçu UEFA Millətlər Liqasının A Liqasında Belçikaya (1:2) qarşı oyunda sarı vərəqə alaraq cəzalı duruma düşüb. Bu səbəbdən o, noyabrın 15-də Fransa ilə səfər matçında komandasına kömək edə bilməyəcək.

TFF futbolçunun cəza səbəbindən məşqçilər korpusunun icazəsi ilə milli komandanın düşərgəsini tərk etdiyini bildirib.

Qeyd edək ki, Türkiyə millisi UEFA Millətlər Liqasının A Liqasının I qrupunda beş turdan sonra xalsızdır və sonuncu pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью