Ozan Kabak Türkiyə millisinin düşərgəsini tərk etdi
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyə millisinin müdafiəçisi Ozan Kabak yığmanın düşərgəsini tərk edib.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb.
26 yaşlı futbolçu UEFA Millətlər Liqasının A Liqasında Belçikaya (1:2) qarşı oyunda sarı vərəqə alaraq cəzalı duruma düşüb. Bu səbəbdən o, noyabrın 15-də Fransa ilə səfər matçında komandasına kömək edə bilməyəcək.
TFF futbolçunun cəza səbəbindən məşqçilər korpusunun icazəsi ilə milli komandanın düşərgəsini tərk etdiyini bildirib.
Qeyd edək ki, Türkiyə millisi UEFA Millətlər Liqasının A Liqasının I qrupunda beş turdan sonra xalsızdır və sonuncu pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:Beşiktaş ın kapitanı Türkiyə millisinin düşərgəsini tərk etdi
30 Sentyabr 2026 15:55
Ozan Can Kökçü Türkiyə klubunda
16 İyun 2026 10:51
Türkiyə ilə matçdan əvvəl zədələndi, millinin düşərgəsini tərk etdi
17 Noyabr 2025 11:12
Rafinya Braziliya millisinin düşərgəsini tərk etdi SƏBƏB
30 Sentyabr 2026 15:31
Baxış sayı:62
Bu xəbər 13 Noyabr 2026 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















