Özbəkistan COP29da fəal dəstəklə iştirak edir | Icma.az
Icma.az, Xalq qazeti saytına istinadən bildirir. “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı qlobal miqyasda
Bu konfransda qəbul edilən qərarlar dünya iqtisadiyyatına, ekosistemlərinə və ümumilikdə, bəşəriyyətin təhlükəsiz gələcəyinə xidmət edir.
Azərbaycan da bu prosesə öz töhfəsini verməklə, həm beynəlxalq əməkdaşlığı ələqələndirir, həm də özünü bu sahədə lider kimi təqdim edir”.
Özbəkistanın Xərəzm Müəllimləri Təkmilləşdirmə Milli Mərkəzinin bölmə rəhbəri, professor Nəsibə Sabirova XQ ilə telefon bağlantısında bu açıqıamasını ölkələrimizin COP29 platformasında əməkdaşlığının önəmini vurğulamaqla davam etdirdi.
Müsahibimiz qeyd etdi ki, Özbəkistanın Azərbaycanda keçirilən iqlim konfransında fəal iştirakı qlobal iqlim savaşında zəruri iştirakla yanaşı, dost ölkəyə verilən qartdaşlıq dəstəyini də ifadə edir: – Özbəkistan Prezidenti Şavkat Mirziyoyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin plenar iclasında bəyanatla çıxış etdi.
Özbəkistanın rəhbəri öncə Azərbaycan Prezidenti İlham Əliyevi tarixi sammitin uğurla təşkil edilməsi münasibətilə təbrik etdi.
O, müasir iqlim çağırışlarına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində Azərbaycan tərəfinin fəal səylərinə dəstəyini bildirdi.
COP29-un Azərbaycanda keçirilməsi, ölkənin beynəlxalq aləmdəki mövqeyinin güclənməsinə, ekoloji siyasətinin inkişafına və qlobal iqlim dəyişikliyinə qarşı mübarizədəki rolunun artırılmasına səbəb olacaq.
Tam oxu
Xəbəri oxu