Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Özbəkistan COP29da fəal dəstəklə iştirak edir

Özbəkistan COP29da fəal dəstəklə iştirak edir

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı qlobal miqyasda iqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərinin planlaşdırıldığı və ölkələrin bu sahədəki mövqelərinin birləşdirildiyi beynəlxalq forumdur. Bu konfransda qəbul edilən qərarlar dünya iqtisadiyyatına, ekosistemlərinə və ümumilikdə, bəşəriyyətin təhlükəsiz gələcəyinə xidmət edir. Azərbaycan da bu prosesə öz töhfəsini verməklə, həm beynəlxalq əməkdaşlığı ələqələndirir, həm də özünü bu sahədə lider kimi təqdim edir”.

Özbəkistanın Xərəzm Müəllimləri Təkmilləşdirmə Milli Mərkəzinin bölmə rəhbəri, professor Nəsibə Sabirova XQ ilə telefon bağlantısında bu açıqıamasını ölkələrimizin COP29 platformasında əməkdaşlığının önəmini vurğulamaqla davam etdirdi. Müsahibimiz qeyd etdi ki, Özbəkistanın Azərbaycanda keçirilən iqlim konfransında fəal iştirakı qlobal iqlim savaşında zəruri iştirakla yanaşı, dost ölkəyə verilən qartdaşlıq dəstəyini də ifadə edir:

– Özbəkistan Prezidenti Şavkat Mirziyoyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin plenar iclasında bəyanatla çıxış etdi. Özbəkistanın rəhbəri öncə Azərbaycan Prezidenti İlham Əliyevi tarixi sammitin uğurla təşkil edilməsi münasibətilə təbrik etdi. O, müasir iqlim çağırışlarına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində Azərbaycan tərəfinin fəal səylərinə dəstəyini bildirdi.

COP29-un Azərbaycanda keçirilməsi, ölkənin beynəlxalq aləmdəki mövqeyinin güclənməsinə, ekoloji siyasətinin inkişafına və qlobal iqlim dəyişikliyinə qarşı mübarizədəki rolunun artırılmasına səbəb olacaq. Azərbaycan COP29 liderliyi həm regionda, həm də dünyada iqlim dəyişikliyi ilə mübarizə sahəsində mühüm tərəfdaşlardan biri olduğunu dünyaya göstərir. Belə tədbirlərin Azərbaycan üçün gətirdiyi siyasi, iqtisadi və ekoloji faydalar ölkənin gələcək inkişafı üçün də əhəmiyyətli olacaq. COP29 həm də Azərbaycanın enerji keçidi və dayanıqlı iqtisadi inkişaf sahəsindəki tərəfdaşlıq imkanlarını daha da genişləndirir. Məsələn, Azərbaycanın təbii qaz və neft ehtiyatlarından istifadəsi ilə yanaşı, alternativ və bərpa olunan enerji mənbələrini inkişaf etdirməsi iqlim dəyişmələrinə qarşı mübarizədə atılan mühüm addımlardandır.

– Türk dünyasının inteqrasiyasına COP29 hədəflərinin təsirini görürsünüzmü?

– Türk dünyası iqtisadi, mədəni və siyasi sahələrdə bir-birinə yaxın olan ölkələrdən ibarət geosiyasi bir regiondur. Bu ölkələr arasında müvafiq əməkdaşlıq və inteqrasiya qlobal səviyyədə ətraf mühit məsələlərinə yanaşmada daha fəal bir mövqe ilə daha da güclənir. COP29 kimi beynəlxalq tədbirlər bu inteqrasiyanın gücləndirilməsində əhəmiyyətli rol oynayır. İqlim dəyişikliyi qlobal bir problem olduğu üçün Türk dövlətlərinin bu prosesdə birgə hərəkət etməsi onların kollektiv gücünü artırır və eyni zamanda, regionda qarşılaşılan ekoloji problemləri daha səmərəli həll etməyə imkan yaradar.

Türk dünyasının inteqrasiyası kontekstində BMT-nin İqlim Dəyişikliyi Konfransı kimi qlobal ekoloji və iqlim dəyişiklikləri məsələlərini müzakirə edən böyük beynəlxalq tədbirlərin rolu mühüm əhəmiyyət kəsb edir. Xüsusən də Türküstan, Qafqaz və Anadolunu əhatə edən türkdilli ölkələr zəngin təbii sərvətlərə, ekosistemlərə və rəngarəng iqlimə malikdir. Bu baxımdan, iqlim dəyişiklikləri ilə mübarizə və dayanıqlı inkişaf strategiyalarının hazırlanması bu regionun gələcəyi üçün önəmli rol oynayır.

– Konfrans Azərbaycan–Özbəkistan əlaqələrinə hansı əlavə dividendlər qazandıracaq?

– Azərbaycan və Özbəkistan arasında əlaqələrin inkişafı hər iki ölkənin siyasi, iqtisadi və mədəni sahələrdə bir-birinə yaxınlaşmasını təmin edən vacib bir məsələdir. Son illərdə iki ölkə arasında əlaqələrdə yeni mərhələ ciddi bir yüksəlişlə müşahidə olunur. Bu əlaqələrin genişlənməsi həm ikitərəfli, həm də regional səviyyədə bir çox müsbət nəticələr doğurur.

Əvvəla, hər iki ölkə regional və beynəlxalq səviyyədə möhkəm mövqe tutmağa çalışır və bu məqsədlə bir-birini dəstəkləyir. Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin hakimiyyətə gəlməsindən sonra ölkənin xarici siyasətində açıq və çevik yanaşmaların tətbiq edilməsi ilə Azərbaycanla olan əlaqələr daha da inkişaf edib. Əlaqələrin siyasi tərəfi bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə müdaxilə etməmək prinsipinə əsaslanır. İki ölkə regional təhlükəsizlik məsələlərində də sıx əməkdaşlıq edir. Bu birgə səylər Türküstanda və Cənubi Qafqazda sabitliyin təmin edilməsinə yönəlib.

İkincisi, iqtisadi əlaqələr Azərbaycanın zəngin neft və qaz ehtiyatları ilə Özbəkistanın geniş kənd təsərrüfatı və sənaye potensialının qarşılıqlı – faydalı əlaqələndirilməsi üçün böyük imkanlar yaradır. İki ölkə arasında ticarət dövriyyəsi, o cümlədən məhsul və xidmət mübadiləsi artıb. Məsələn, Azərbaycanın neft və qaz sahəsindəki təcrübəsindən və texnologiyalardan Özbəkistanın enerji sektorunda istifadə olunur.

Eyni zamanda, Özbəkistan Azərbaycanın kənd təsərrüfatı məhsulları ilə maraqlanır, bu da iki ölkə arasında ticarətin inkişafına gətirib çıxarır. COP29 çərçivəsində noyabrın 14-də təşkil olunan “Daha yaxşı pambıq” konfransı zamanı Azərbaycan Tekstil Assosiasiyası ilə “Uztextilprom” Assosiasiyası arasında əməkdaşlıq üzrə anlaşma memorandumu imzalandı. Özbəkistan tekstil sektorunda zəngin ənənələri və geniş təcrübəsi ilə dünyanın aparıcı pambıq istehsalçılarından biridir. Azərbaycan Tekstil Assosiasiyası ilə bu tərəfdaşlıq hər iki ölkənin qlobal tekstil və pambıq bazarlarında iştirakını gücləndirmək üçün vacib bir addımdır.

Üçüncüsü, Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr də güclənir. Tarixi və mədəni bağlılıqlar, hər iki xalqın öz aralarında dostluq və qarşılıqlı anlayış yaratmalarına şərait yaradır. Dil və ədəbiyyat sahəsində də əməkdaşlıq genişlənir. Özbəkistanın qədim şəhərləri (məsələn, Səmərqənd və Buxara) azərbaycanlı turistlər üçün maraqlı istiqamətlərdən biri olmaqla yanaşı, Azərbaycan mədəniyyətini ölkəmizdə tanıdan müxtəlif tədbirlər, eləcə də sərgilər və konsertlər bu əlaqələri möhkəmləndirir.

Nəhayət, təhsil sahəsində də əməkdaşlıq inkişaf edir. Bir çox azərbaycanlı tələbə Özbəkistan universitetlərində təhsil alır və əksinə, bizim gənc mütəxəssislər Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Belə əlaqələr iki xalqın bir-birini daha yaxşı tanımasına və dostluq əlaqələrinin möhkəmlənməsinə imkan yaradır. Ortaq irsimizi və müasir imkanlarımızı birləşdirərək beynəlxalq səviyyədə daha güclü və rəqabətqabiliyyətli bir mövqeyə nail ola bilərik.

O ki qaldı COP29-a, konfrans çərçivəsində özbək gənclərinin Səmərqənddə hazırladığı bəyanat 8 ölkədən olan gənclərin iştirakı ilə imzalanmaq üçün təqdim olundu. İqlim dəyişikliyi ilə mübarizə üçün gənclərin təşəbbüs və fəaliyyətlərinə böyük ehtiyac var. Gənclərin səsi eşidilməlidir, çünki onlar iqlim dəyişikliyinin nəticələri baxımından ən həssas kateqoriyadırlar. Ona görə ki, məsələn, 30 ildən sonra indiki liderlər olmayanda yeni liderlər onlar olacaq. Ona görə də gənclərin səsi çox önəmlidir. COP29-da bunun üçün hər cür şərait yaratdı. Bütövlükdə, Özbəkistan Bakı konfransında qardaşlıq dəstəyi ilə iştirak edir.

– İkitərəfli əlaqələrimizın belə sürərli və sürəkli inkişafı, ortaq hədəflərimiz Türk birliyinin möhkəmlənməsi üçün də önəmlidir...

– Azərbaycan və Özbəkistan arasında əlaqələrin inkişafı, yalnız ikitərəfli səviyyədə deyil, həm də regional və beynəlxalq səviyyələrdə uğurla davam edir. Bu əlaqələr siyasi, iqtisadi, mədəni və təhlükəsizlik sahələrində daha geniş əməkdaşlıq imkanları yaradır. Hər iki ölkənin beynəlxalq aləmdə daha güclü mövqe tutmasına və regionda sabitliyin təmin edilməsinə böyük töhfə verir.

Əsrlər boyu türk xalqları hər biri özünəməxsus dil və yazı sistemləri yaratsa da, son onilliklərdə biz hamımız mədəni irsimizin qorunub saxlanmasının və birliyə can atmağın vacibliyini dərk etmişik. Birliyimizin ən mühüm simvollarından biri ortaq türk əlifbasıdır. Bu məqsədlə, Türk Dövlətləri Təşkilatının çərçivəsində Vahid Əlifba üzrə Komissiya yaradıldı. 2023-cü ilin sentyabrında Bakıda Türk Akademiyasının nəzdində yaradılan komissiyanın əzmkarlığı sayəsində ortaq türk əlifbasının təklif olunan 34 hərfli variantı tamamlanıb və qəbul edilib.

Bu ortaq əlifba türk xalqlarının zəngin dil irsini qoruyub saxlamağa, qarşılıqlı anlaşmanı və əməkdaşlığı gücləndirməyə xidmət edəcək.

– Qoy qardaşlığımız ölkələrimizi yeni uğurlara aparsın.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Noyabr 2024 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see664

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see434

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see396

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see280

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see273

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see271

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see241

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see235

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see223

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see214

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see213

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see211

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see210

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see206

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see196

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see195

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see192

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see186

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri