Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Omana dövlət səfəri edəcək.
Newscenter.az Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən bildirir ki, 16-17 noyabr tarixlərində gerçəkləşəcək səfər Oman Sultanı Heytəm bin Tariq Əl-Səidin dəvəti ilə baş tutacaq.
Səfər proqramına əsasən, Maskatda yüksək səviyyəli ikitərəfli danışıqlar, iri şirkət rəhbərləri ilə görüşlər və digər tədbirlər keçiriləcək.
Qarşıdan gələn sammitin gündəliyinə Özbəkistan-Oman münasibətlərinin yeni səviyyəyə qaldırılması, ticarət, investisiya, kənd təsərrüfatı kimi prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsi, mədəni, humanitar və turizm mübadilələrinin aktivləşdirilməsi məsələləri daxildir.
Danışıqların nəticəsi olaraq bir sıra sənədlərin və sazişlərin qəbul edilməsi planlaşdırılır.
Süleyman