Özbəkistan Prezidenti Omana səfər edəcək
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Omana dövlət səfəri edəcək.
Newscenter.az Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən bildirir ki, 16-17 noyabr tarixlərində gerçəkləşəcək səfər Oman Sultanı Heytəm bin Tariq Əl-Səidin dəvəti ilə baş tutacaq.
Səfər proqramına əsasən, Maskatda yüksək səviyyəli ikitərəfli danışıqlar, iri şirkət rəhbərləri ilə görüşlər və digər tədbirlər keçiriləcək.
Qarşıdan gələn sammitin gündəliyinə Özbəkistan-Oman münasibətlərinin yeni səviyyəyə qaldırılması, ticarət, investisiya, kənd təsərrüfatı kimi prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsi, mədəni, humanitar və turizm mübadilələrinin aktivləşdirilməsi məsələləri daxildir.
Danışıqların nəticəsi olaraq bir sıra sənədlərin və sazişlərin qəbul edilməsi planlaşdırılır.
Süleyman
Bu mövzuda digər xəbərlər:Özbəkistan prezidenti Rusiyaya səfər edəcək
24 Dekabr 2024 11:26
Özbəkistan Prezidenti Fransaya səfər edəcək
10 Mart 2025 21:24
Özbəkistan Prezidenti Türkiyəyə səfər edəcək
28 Yanvar 2026 11:50
Özbəkistan prezidenti Brüsselə səfər edəcək
22 Oktyabr 2025 19:24
Özbəkistan Prezidenti ABŞ yə səfər edəcək
16 Fevral 2026 11:53
Baxış sayı:44
Bu xəbər 16 Noyabr 2026 02:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















