Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda COP29 iqlim sammitinin əsas mövzularından biri Mərkəzi Asiyada su qıtlığı olub.
Qlobal istiləşmə bölgənin çaylarının mənbəyini təşkil edən buzlaqları məhv edir. Bəzi ölkələr dağlarda yerləşir və su ilə zəngindir.
Aşağı axındakılar tamamilə "yuxarı"dan asılıdır. Onların arasındakı münaqişə təbiətin özü tərəfindən qoyulur.
Respublikaların liderləri su ehtiyatlarına çıxışı səbəbindən müharibələri istisna etmirlər.
“Report” NEWS.ruya istinadən xəbər verir ki, COP29 çərçivəsində Özbəkistanın ekologiya naziri Əziz Abduhakimov rəsmi Daşkəndin su çatışmazlığı probleminin həllindən danışıb.
- BMT sammitində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxış edərək dünyaya Orta Asiyada şirin su çatışmazlığını xatırlatdı.
Hökumətiniz bu çətinliklərin öhdəsindən hansı üsullarla gələcək? - İlk növbədə gələcək nəslin tərbiyəsi haqqında düşünmək lazımdır.