Özbəkistanlı alim: Qloballaşan dünyada çoxlu fəlakətlər olsa da, insanları birbirinə yaxın…
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 17 dekabr, AZƏRTAC AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda Bakıda keçirilən beynəlxalq elmi konfrans bu xalqların ədəbiyyatının dərindən tədqiqi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu tədbir Asiya ədəbiyyatının ümumi mənzərəsini təsəvvür etməyə imkan verdiyi kimi, yeni perspektivlərin ortaya çıxmasına da şərait yaradır.
Bu baxımdan Asiya xalqları ədəbiyyatının, onun ayrı-ayrı milli sahələrinin ənənəvi cəhətləri və yeni tendensiyalarını müzakirəyə çıxarmaq, müxtəlif fikirləri dinləmək dünya ədəbiyyatının əhəmiyyətli bir qolunun araşdırılmasına yeni töhfələr verəcək.AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu fikirləri Özbəkistan Milli Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutunun böyük elmi işçisi dosent Gülnaz Səttarova bildirib.Beynəlxalq konfransda “Çolpanın “Tufan” şeiri haqqında (Anadolunun müzəffər ordularına həsr edilən şeir)” adlı məruzə ilə çıxış etdiyini söyləyən dosent Gülnaz Səttarova qeyd edib ki, bu tədbirin önəmi Asiya xalqlarının alimlərini bir yerə toplamağındadır.“Bu gün qloballaşan dünyada çoxlu fəlakətlər olsa da, insanları bir-birinə yaxınlaşdıran ədəbiyyatdır, sözdür.
Özbək şairi Çolpanın belə bir fikri var: “Ədəbiyyat yaşasa, millət də yaşayar”.
Xalqları ortaq adət-ənənələr, mədəni və mənəvi dəyərlər, ədəbiyyat birləşdirir.
Bu gün biz Pakistan, Hindistan, Koreya, Çin ədəbiyyatındakı ənənə və yeniliklərin bir-birinə təsiri haqqında fikir mübadiləsi aparırıq.
Beynəlxalq konfransda hər bir məruzəçi ümumən türk xalqları ədəbiyyatından, Asiya xalqları ədəbiyyatından fərqli mövzularla çıxış edib”, - deyə dosent Gülnaz Səttarova əlavə edib.Özbəkistanlı alim bildirib ki, konfransdakı məruzəsi özbək istiqlalının carçısı Çolpanın şeirləri haqqında olub.
Tam oxu
Xəbəri oxu