Icma.az
close
up
RU
Özbəkistanlı alim: Qloballaşan dünyada çoxlu fəlakətlər olsa da, insanları birbirinə yaxınlaşdıran ədəbiyyatdır AZƏRTAC

Özbəkistanlı alim: Qloballaşan dünyada çoxlu fəlakətlər olsa da, insanları birbirinə yaxınlaşdıran ədəbiyyatdır AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 17 dekabr, AZƏRTAC

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda Bakıda keçirilən beynəlxalq elmi konfrans bu xalqların ədəbiyyatının dərindən tədqiqi baxımından mühüm əhəmiyyət daşıyır. Bu tədbir Asiya ədəbiyyatının ümumi mənzərəsini təsəvvür etməyə imkan verdiyi kimi, yeni perspektivlərin ortaya çıxmasına da şərait yaradır. Bu baxımdan Asiya xalqları ədəbiyyatının, onun ayrı-ayrı milli sahələrinin ənənəvi cəhətləri və yeni tendensiyalarını müzakirəyə çıxarmaq, müxtəlif fikirləri dinləmək dünya ədəbiyyatının əhəmiyyətli bir qolunun araşdırılmasına yeni töhfələr verəcək.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu fikirləri Özbəkistan Milli Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutunun böyük elmi işçisi dosent Gülnaz Səttarova bildirib.

Beynəlxalq konfransda “Çolpanın “Tufan” şeiri haqqında (Anadolunun müzəffər ordularına həsr edilən şeir)” adlı məruzə ilə çıxış etdiyini söyləyən dosent Gülnaz Səttarova qeyd edib ki, bu tədbirin önəmi Asiya xalqlarının alimlərini bir yerə toplamağındadır.

“Bu gün qloballaşan dünyada çoxlu fəlakətlər olsa da, insanları bir-birinə yaxınlaşdıran ədəbiyyatdır, sözdür. Özbək şairi Çolpanın belə bir fikri var: “Ədəbiyyat yaşasa, millət də yaşayar”. Xalqları ortaq adət-ənənələr, mədəni və mənəvi dəyərlər, ədəbiyyat birləşdirir. Bu gün biz Pakistan, Hindistan, Koreya, Çin ədəbiyyatındakı ənənə və yeniliklərin bir-birinə təsiri haqqında fikir mübadiləsi aparırıq. Beynəlxalq konfransda hər bir məruzəçi ümumən türk xalqları ədəbiyyatından, Asiya xalqları ədəbiyyatından fərqli mövzularla çıxış edib”, - deyə dosent Gülnaz Səttarova əlavə edib.

Özbəkistanlı alim bildirib ki, konfransdakı məruzəsi özbək istiqlalının carçısı Çolpanın şeirləri haqqında olub. Cədidçilik hərəkatı bütün Orta Asiyadakı xalqları əhatə edib. Həmin hərəkatın başçılarından biri də Əbdülhəmid Süleyman oğlu Çolpan olub. Ədib bütün türk xalqlarının həyatını öyrənib və Türkiyədə İstiqlal marşının sözlərinin müəllifi, şair Mehmet Akif Ərsoyun əsərlərindən faydalanıb. Türk əsgərləri azadlıq uğrunda mübarizədə onun şeirlərindən ilhamlanıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see236

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see209

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see192

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see173

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see153

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see149

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see140

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see137

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see136

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see130

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see129

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see129

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see129

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see128

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see128

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see126

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see125

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri