Icma.az bildirir, Bakupost portalına istinadən. Bu ay Azərbaycanda müəllimlərin sertifikasiya imtahanı keçiriləcək.
Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, bu il ilk dəfə kimya, biologiya, fizika, coğrafiya və informatika fənlərini tədris edən müəllimlər də prosesə cəlb olunacaqlar.
18-25 iyun tarixlərini əhatə edəcək imtahanlarda, həmçinin daha əvvəl sertifikasiyadan keçməyən ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil müəllimləri iştirak edəcəklər.
Qeyd edək ki, sertifikasiya prosesi yalnız dövlət məktəblərində dərs keçən müəllimlərə şamil edilir.
Özəl məktəblərin tədris prosesində iştirak edən müəllimlər isə bu prosesə cəlb edilmir.Bununla belə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva bildirib ki, özəl müəssisələrin müəllimləri də sertifikatlaşdırma prosesinə cəlb olunmalıdır, çünki müəllimin davamlı inkişafı vacib amildir:"Sertifikatlaşdırma müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi stimul yaradır.
Davamlı öyrənmə mühiti müəllim-şagird-ailə üçbucağının əsas missiyasıdır.
Burada müəllim amili peşəkar, motivasiya edən, üfüq açan və daha yeni öyrənmə vasitələri ilə şagirdlərini gələcəyə hazırlayan şəxs kimi xarakterizə olunur.
Müəllimlərin bilik və bacarıqlarının sertifikasiya vasitəsilə ölçülməsi öyrənmə prosesində məhz bu hədəflərə çatmanı ifadə edir", - deputat qeyd edib.Bəs, ekspertlər bu barədə nə düşünür?