Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Özəl məktəblərin müəllimləri sertifikasiyadan keçməlidir? AÇIQLAMA

Özəl məktəblərin müəllimləri sertifikasiyadan keçməlidir? AÇIQLAMA

Icma.az bildirir, Bakupost portalına istinadən.


Bu ay Azərbaycanda müəllimlərin sertifikasiya imtahanı keçiriləcək. Elm və Təhsil Nazirliyinin məlumatına əsasən, bu il ilk dəfə kimya, biologiya, fizika, coğrafiya və informatika fənlərini tədris edən müəllimlər də prosesə cəlb olunacaqlar.

18-25 iyun tarixlərini əhatə edəcək imtahanlarda, həmçinin daha əvvəl sertifikasiyadan keçməyən ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil müəllimləri iştirak edəcəklər.

Qeyd edək ki, sertifikasiya prosesi yalnız dövlət məktəblərində dərs keçən müəllimlərə şamil edilir. Özəl məktəblərin tədris prosesində iştirak edən müəllimlər isə bu prosesə cəlb edilmir.

Bununla belə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva bildirib ki, özəl müəssisələrin müəllimləri də sertifikatlaşdırma prosesinə cəlb olunmalıdır, çünki müəllimin davamlı inkişafı vacib amildir:

"Sertifikatlaşdırma müəllimin öz üzərində davamlı işləməsi, nəticəsini yaxşılaşdırması üçün ciddi stimul yaradır. Davamlı öyrənmə mühiti müəllim-şagird-ailə üçbucağının əsas missiyasıdır. Burada müəllim amili peşəkar, motivasiya edən, üfüq açan və daha yeni öyrənmə vasitələri ilə şagirdlərini gələcəyə hazırlayan şəxs kimi xarakterizə olunur. Müəllimlərin bilik və bacarıqlarının sertifikasiya vasitəsilə ölçülməsi öyrənmə prosesində məhz bu hədəflərə çatmanı ifadə edir", - deputat qeyd edib.

Bəs, ekspertlər bu barədə nə düşünür? Özəl müəssisələrdə çalışan müəllimlərin sertifikasiya prosesi necə və hansı qurum tərəfindən təşkil olunmalıdır?

Məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov Bakupost.az -a açıqlamasında bildirib ki, sertfikasiyanın hüquqi əsasları qanunvercilikdə dəqiq şəkildə müəyyən olunub:

““Təhsil haqqında” Qanunun 36-2-ci maddəsində, “Ümumtəhsil haqqında” Qanunun 26-cı maddəsində, eyni zamanda Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli, 155 nömrəli qərarında konkret göstərilir ki, dövlət mülkiyyətində olan ümumtəhsil müəssisələrində çalışan, pedaqoji fəaliyyətlə məşğul olanların sertifikatlaşdırılma prosesi keçirilir. Özəl təhsil müəssisələrindəki müəllimlər attestasiyadan keçirlər. Zatən özəl təhsil müəssisələri özünün konversiya maraqlarına uyğun olaraq müəllimləri işə imtahan yolu ilə qəbul edir”.

Ekspertin sözlərinə görə, beynəlxalq təcrübədə də bu məsələ oxşar şəkildə tənzimlənir:

“Ümumilikdə, beynəlxalq təcrübədə bu məsələ belədir ki, dövlət mülkiyyətində olanların sertifikasiyasını dövlət həyata keçirir, özəl mülkiyyətdə olanların isə təhsil müəssisəsinin özü, yəni rəhbərliyi attestasiyadan keçirir.

Məsələn, həkimlərdə onların peşə fəaliyyəti ilə məşğul olub-olmamasından asılı olmayaraq, sertifikasiyalaşdırma keçirilir, amma müəllimlərdə bu, belə deyil. Özəl təhsil müəssisələrinin təbii marağındadır ki, daha peşəkar, daha yaxşı müəllimləri işə qəbul etsinlər və bu da onların imicidir.Özəl məktəblərdə 5 mindən 60 min manata qədər illik təhsil haqqı olur. Yəni özəl təhsil müəssisəsində qeyri-peşəkar müəllimlər dərs deyərsə, bu, həmin məktəbin maraqlarına uyğun deyil.

İkincisi, özəl təhsil müəssisələrində beynəlxalq kurikulumlar tədris olunur. Beynəlxalq kurikulumla tədris üçün bizim dövlət standartlarına uyğun olaraq sertifikasiyanın aparılması uyğun deyil. Zatən onlar beynəlxalq kurikulumlara uyğun olaraq, müvafiq dərəcələri olan müəllimləri işə qəbul edirlər.”

E.Qafarovun fikrincə, sözügedən təklif məqsədəuyğun deyil:

“Əvəzində dövlət ümumtəhsil məktəblərində sertifikasiya qaydalarında müəyyən dəyişiklik edilməli, proses məktəb rəhbərləri, direktor müavinləri, hətta kitabxanaçılar da daxil olmaqla bütün pedaqoji heyəti əhatə etməlidir. Ona görə də mən düşünürəm ki, bu təklif mənasızdır. Eyni zamanda növbəti sertifikasiyada müddətin 3 ilə endirilməsi, yəni hər 3 ildən bir keçirilməsi daha doğru olar. Amma özəl təhsil müəssisələrində dövlətin sertifikasiya keçirməsi düzgün yanaşma deyil.”

Bakupost.az -a danışan təhsil eksperti Elçin Əfəndi isə bildirib ki, təhsil alanların, eləcə də özəl təhsil müəssisələri arasında rəqabət mühitinin daha yaxşı formalaşdırılması üçün bu cür qərarların tətbiqi ümumilikdə təhsilin inkişafına müsbət təsir göstərə bilər:

“Yaxşı olar ki, özəl təhsil müəssisələri də sertifikasiya və ya fərqli bir formatda təhsilverənlərin bilik və bacarıqlarını qiymətləndirsinlər.

Əgər bunu özləri həyata keçirə bilmirlərsə, Elm və Təhsil Nazirliyinə və ya Təhsil İnstitutuna müraciət edə bilərlər ki, bunu etsinlər”.

Lalə, BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 05 İyun 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see724

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see459

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see309

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see293

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see292

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see265

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see251

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see250

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see243

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see240

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see239

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see237

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see232

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see219

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see218

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see212

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see191

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see191

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see182

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri