Özəl məktəblərin özəlliyi nədir? Məktəb seçərkən valideynlər yalnız qiymətə deyil, həm də.…
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Təhsil gələcək həyatımızın təməlidir.
Keyfiyyətli təhsil üçün isə yaxşı məktəb seçmək lazımdır.Adətən hesab edirik ki, özəl məktəblər daha yaxşı təhsil verir.
Elə buna görə də hər bir valideyn övladının özəl məktəbdə oxumasını arzulayar.
Ancaq illik ödənişi 3000 manatdan başlayan özəllərə yaxın durmaq orta statistik əmək haqqı alan bir çox ailə üçün əlçatan deyil.Bəs özəl məktəblərin illik qiymətləri niyə bu qədər yüksəkdir?Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanda özəl məktəblərin illik təhsil haqqı 3000-40000 manat arasında dəyişir və ilk baxışdan bu fərqlilik böyük görünsə də, onu formalaşdıran bir çox amillər var.
Bu amillər həm tədris proqramlarının məzmunundan, həm də təhsil müəssisələrinin infrastruktur və təşkilati xüsusiyyətlərindən qaynaqlanır.
Dünya təcrübəsində də bu cür qiymət fərqlərinə rast gəlinir, lakin hər bir ölkənin özünəməxsus iqtisadi, sosial və təhsil modeli bu fərqlərin miqyasına təsir göstərir:"Azərbaycanda yüksək ödənişli özəl məktəblər adətən beynəlxalq tədris proqramlarını tətbiq edir.
Bu proqramlar arasında International Baccalaureate (IB), Cambridge və ABŞ təhsil sisteminə əsaslanan yanaşmalar xüsusi yer tutur.
Bu proqramlar yalnız bilik öyrətmək məqsədi daşımır, eyni zamanda analitik düşüncə, kreativlik və qlobal perspektiv formalaşdırmaq üçün nəzərdə tutulub.
Tam oxu
Xəbəri oxu