Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

İran rejimi legitimliyini itirir ŞƏRH

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Özəl məktəblərin özəlliyi nədir? Məktəb seçərkən valideynlər yalnız qiymətə deyil, həm də...

Özəl məktəblərin özəlliyi nədir? Məktəb seçərkən valideynlər yalnız qiymətə deyil, həm də...

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Təhsil gələcək həyatımızın təməlidir. Keyfiyyətli təhsil üçün isə yaxşı məktəb seçmək lazımdır.

Adətən hesab edirik ki, özəl məktəblər daha yaxşı təhsil verir. Elə buna görə də hər bir valideyn övladının özəl məktəbdə oxumasını arzulayar. Ancaq illik ödənişi 3000 manatdan başlayan özəllərə yaxın durmaq orta statistik əmək haqqı alan bir çox ailə üçün əlçatan deyil.

Bəs özəl məktəblərin illik qiymətləri niyə bu qədər yüksəkdir?

Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanda özəl məktəblərin illik təhsil haqqı 3000-40000 manat arasında dəyişir və ilk baxışdan bu fərqlilik böyük görünsə də, onu formalaşdıran bir çox amillər var. Bu amillər həm tədris proqramlarının məzmunundan, həm də təhsil müəssisələrinin infrastruktur və təşkilati xüsusiyyətlərindən qaynaqlanır. Dünya təcrübəsində də bu cür qiymət fərqlərinə rast gəlinir, lakin hər bir ölkənin özünəməxsus iqtisadi, sosial və təhsil modeli bu fərqlərin miqyasına təsir göstərir:

"Azərbaycanda yüksək ödənişli özəl məktəblər adətən beynəlxalq tədris proqramlarını tətbiq edir. Bu proqramlar arasında International Baccalaureate (IB), Cambridge və ABŞ təhsil sisteminə əsaslanan yanaşmalar xüsusi yer tutur. Bu proqramlar yalnız bilik öyrətmək məqsədi daşımır, eyni zamanda analitik düşüncə, kreativlik və qlobal perspektiv formalaşdırmaq üçün nəzərdə tutulub. Belə məktəblərdən məzun olan şagirdlər xarici universitetlərə qəbul olmaqda üstünlük əldə edir. Daha aşağı ödənişli məktəblər isə dövlət təhsil proqramına əsaslanır və əlavə xidmətlər təqdim etmək imkanları məhduddur".

Ekspert qeyd edir ki, müəllim heyətinin keyfiyyəti də özəl məktəblərin ödənişlərini müəyyənləşdirən əsas amillərdən biridir. Yüksək qiymətli məktəblərdə beynəlxalq sertifikatlı və xaricdə təlim keçmiş müəllimlər çalışır. Onların təcrübəsi və bilik səviyyəsi təhsilin keyfiyyətinə birbaşa təsir edir. Eyni zamanda, bəzi məktəblər əcnəbi müəllimləri işə qəbul edir ki, bu da əlavə xərc tələb edir. Daha aşağı qiymətli məktəblərdə isə yerli müəllimlər çalışır və onların maaşı nisbətən aşağıdır.

"İnfrastruktur və resurslar fərqliliyi də qiymətləri təyin edən amillərdən biridir. Yüksək ödənişli məktəblər müasir texnologiyalarla təchiz olunmuş siniflər, laboratoriyalar, idman kompleksləri və incəsənət otaqları təklif edir. Şagirdlər texnoloji avadanlıqlarla işləməyi öyrənir, STEM əsaslı dərslərdə iştirak edir və bu bacarıqlarla gələcəyə daha yaxşı hazırlaşır. Ucuz məktəblərdə isə bu imkanlar məhduddur və əsas resurslar minimal səviyyədə təmin edilir".

K.Əsədov deyib ki, siniflərdəki şagird sayı təhsil keyfiyyətinə təsir edən digər amildir. Bahalı özəl məktəblərdə siniflərdəki şagird sayı azdır, adətən 10-15 nəfər olur ki, bu da fərdi yanaşma üçün əlverişli şərait yaradır. Aşağı qiymətli məktəblərdə isə siniflərdə şagird sayı daha çox olur, bu da müəllimin hər bir şagirdə kifayət qədər diqqət ayırmasını çətinləşdirir.

Kamran Əsədov: Bahalı özəl məktəblərin siniflərində şagird sayı az olur ki, bu da…

Onun sözlərinə görə, dünya təcrübəsində də oxşar meyillər müşahidə olunur. ABŞ-də yüksək səviyyəli özəl məktəblərin illik təhsil haqqı 50-70 min dollar arasında dəyişir və bu məktəblər fərdi mentorluq, beynəlxalq proqramlar və müasir infrastruktur təqdim edir. Avropa ölkələrində, məsələn, Almaniyada özəl məktəblərin illik qiymətləri 10-30 min avro arasında dəyişir və bu məktəblər xarici dillərin yüksək səviyyədə tədrisi ilə fərqlənir. Sinqapur və Cənubi Koreyada isə özəl məktəblər texnoloji yeniliklərə fokuslanaraq STEM əsaslı tədris metodlarını tətbiq edir:

"Təhsil haqqında” qanuna əsasən, özəl məktəblər təhsil xidmətlərinin qiymətlərini sərbəst müəyyən edə bilər. Bununla belə, qanunvericilik özəl məktəblərin dövlət standartlarına uyğun fəaliyyət göstərməsini tələb edir. Bu, daha aşağı qiymətli məktəblərin ən azı minimal standartlara uyğun xidmət göstərməsini təmin edir. Lakin yüksək qiymətli məktəblər əlavə xidmətlər və beynəlxalq standartlarla zənginləşdirilmiş proqramlar təqdim edərək rəqabət üstünlüyü yaradır.

Müsahibimiz vurğulayıb ki, statistikaya nəzər yetirsək, son illərdə Azərbaycanda özəl məktəblərin sayı artmaqdadır. Bakı və digər böyük şəhərlərdə artıq 100-dən çox özəl məktəb fəaliyyət göstərir. Buna baxmayaraq, özəl məktəblərdə təhsil alan şagirdlərin sayı ümumi şagirdlərin cəmi 5%-ni təşkil edir. Bu, ölkədə özəl təhsilin hələ tam kütləviləşmədiyini göstərir. Əksər ailələr üçün bu məktəblərin ödənişləri əlçatmaz olaraq qalır:

"Azərbaycanda özəl məktəblərin qiymət fərqləri onların təklif etdiyi xidmətlərin müxtəlifliyindən qaynaqlanır. Yüksək qiymətli məktəblər şagirdlərə yalnız bilik deyil, həm də beynəlxalq standartlara uyğun təcrübə təqdim edir. Lakin bu, hər zaman daha yaxşı təhsil demək deyil. Məktəb seçərkən valideynlər yalnız qiymətə deyil, həm də təhsil keyfiyyətinə, təqdim olunan imkanlara və məktəbin uşağın gələcək hədəflərinə uyğun olub-olmamasına diqqət yetirməlidirlər. Təhsil yalnız sərmayə deyil, həm də uşağın həyatına qoyulan ən böyük investisiyadır. Bu səbəbdən, seçim zamanı ailənin imkanları və prioritetləri diqqətlə nəzərə alınmalıdır".

Nuriyyə Musayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Yanvar 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see311

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see203

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see191

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see186

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see178

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see165

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri