Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Son aylarda özəl xəstəxanalarda göstərilən xidmətlərin qiymətlərində artım müşahidə edilir.
Xüsusilə paytaxt Bakıda fəaliyyət göstərən özəl xəstəxanalarda əməliyyatlar bahalaşıb.
Modern.az-ın apardığı araşdırmaya görə, bahalaşma daha çox qeysəriyyə və yırtıq əməliyyatlarında qeydə alınıb.
Digər əməliyyatlarda da ciddi qiymət artımı olduğu qeyd olunur.
Qiymət artımı bütün xəstəxanalarda olmasa da, məşhur tibb müəssisələrində aparılan əməliyyatlarda 10-30 faiz arasında qiymət artımı olduğu görünür.
Bahalaşma sadəcə əməliyyatlarda deyil, digər xidmətlərdə də müşahidə edilir. Qiymət artımını rəsmi rəqəmlərdə də görmək mümkündür.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin ilk 10 ayında əhaliyə göstərilən tibb xidmətlərin qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 2, 2022-ci illə müqayisədə isə 4 faiz artıb.