Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Özəl xəstəxanalarda əməliyyatlar BAHALAŞIB SƏBƏBLƏR

Özəl xəstəxanalarda əməliyyatlar BAHALAŞIB SƏBƏBLƏR

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son aylarda özəl xəstəxanalarda göstərilən xidmətlərin qiymətlərində artım müşahidə edilir. Xüsusilə paytaxt Bakıda fəaliyyət göstərən özəl xəstəxanalarda əməliyyatlar bahalaşıb.

Modern.az-ın apardığı araşdırmaya görə, bahalaşma daha çox qeysəriyyə və yırtıq əməliyyatlarında qeydə alınıb. Digər əməliyyatlarda da ciddi qiymət artımı olduğu qeyd olunur.

Qiymət artımı bütün xəstəxanalarda olmasa da, məşhur tibb müəssisələrində aparılan əməliyyatlarda 10-30 faiz arasında qiymət artımı olduğu görünür.

Bahalaşma sadəcə əməliyyatlarda deyil, digər xidmətlərdə də müşahidə edilir. Qiymət artımını rəsmi rəqəmlərdə də görmək mümkündür. Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin ilk 10 ayında əhaliyə göstərilən tibb xidmətlərin qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 2, 2022-ci illə müqayisədə isə 4 faiz artıb.

Qeyd edək ki, Azərbaycanda dövlət qurumları özəl xəstəxanalarda qiymətlərə müdaxilə edə bilmir. 

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən özəl tibb müəssisələrində xəstələrə göstərilən tibb xidmətlərinin tarifləri və şərtləri tibb müəssisələri ilə xəstələr arasında razılaşma yolu ilə müəyyənləşdirilir. Tibbi yardımın göstərilməsi tərəflər arasında bağlanan müqavilənin şərtləri ilə tənzimlənir.

Qiymət dəyişikliyini həmsöhbət olduğumuz deputat və ekspertlər də təsdiqləyib.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli məsələyə geniş spektrdan baxmaq lazım olduğunu deyir:

“Dünya standartları ilə baxdıqda elə qiymətlər var ki, bizdə kifayət qədər ucuzdur. Amma elə qiymətlər də var ki, qonşu ölkələrlə müqayisədə bir qədər yüksək ola bilir. Burada bir çox amillər var. Misal olaraq, həkim faktorunu göstərə bilərik ki, yüksək ixtisaslı həkimin müayinə məsələləri fərqli olur. Bununla yanaşı göstərilən xidmətin maya dəyəri məsələsini qeyd edə bilərik. Qanunvericilikdə dəyişikliklər o istiqamətdə gedir ki, İcbari Tibbi Sığorta çərçivəsində əhaliyə istər dövlət,istərsə də özəl sektorda tibb xərcləri xeyli azaldılsın”.

Deputatın sözlərinə görə, elə xidmətlər var ki, dövlət tibb müəssisələrində göstərmək olmur, yaxud vətəndaş özəl xəstəxanalara müraciət edir:

“Burada qanunvericiliyin normaları gözlənilməklə yönləndirmələr olunur. Digər məsələ də var ki, vətəndaşa dövlət sektorunda bütün xidmətlər təqdim olunursa, o özü könüllü imtina edirsə, artıq onun seçimidir. Qiymət məsələsinə gəldikdə isə, burada qiymətlər konkret olaraq dövlət tərəfindən tənzimlənmir. Özəl sektorda qiymət bazar iqtisadiyyatının qanunlarına uyğun şəkildə tənzimlənir. Hazırda özəl sektora axın azalıb,insanlar dövlət tibb müəssisələrinə daha çox müraciət edir. Çünki orada İcbari Tibbi Sığorta var. Üstəgəl etiraf etmək lazımdır ki, tibbi xidmətin keyfiyyəti də son illər xeyli yüksəlib”.

Komitənin digər üzvü Müşfiq Cəfərovun sözlərinə görə, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən, öz məhsulları, işləri və xidmətlər üçün qiymət və tariflər müəyyənləşdirmək sahibkarın hüquqlarından biri kimi müəyyən edilib:

“Ölkədə özəl xəstəxanalarda həkimlərin göstərdikləri xidmətlərə görə məbləği bazar və iqtisadi münasibətlər əsasında həkimlər fərdi olaraq müəyyənləşdirirlər. Yəni buna kimsə müdaxilə edə bilmir Digər tərəfdən Azərbaycanda tibbi ləvazimatlar istehsal olunmur, əksəriyyəti xarici ölkələrdən gəlir. Bu da əməliyyat qiymətlərinin artmasına təsir edir”.

M.Cəfərov bildirib ki, özəl xəstəxanalarda adətən bazarın tələbatına uyğun olaraq, qiymət müəyyənləşir:

“Bəzi özəl xəstəxanalarda 1500 manat, bəzilərində isə 1200 manat olaraq qiymət dəyişir. Elə əməliyyatlar var ki, 300 manatdır, eləsi var, 1000 mantdır. Bu qiymətlər əməliyyatların ağırlıq riskinə, istifadə olunan ləvazimatlara görə qiymətlər dəyişir. Ancaq bütün qiymətləri sahibkar özü təyin edir və bazar müəyyənləşdirir. Klinikalar istifadə etdiyi məhsullara, çalışdığı personala, verdiyi servisin keyfiyyətinə görə qiymət tərtib edir.Dünyada və Azərbaycanda ən bahalı əməliyyatlar orqan transplantasiyasıdır. Çünki bu əməliyyatda istifadə olunan ləvazimatlar və əməliyyatın ağırlığı çox yüksəkdir. Doğrudur, hazırda ölkədə İcbari tibbi sığorta tətbiq olunur, bu  vəziyyəti müəyyən mənada  yaxşılaşdırıb. Çünki bəzi əməliyyatlar sığorta sisteminə aid edilməyib. Əgər vətəndaşa zəruri olan tibbi xidmət dövlət xəstəxanasında reallaşdırıla bilmirsə, bu zaman dövlət sığorta sistemiylə əməkdaşlıq edən özəl tibbi müəsisələrdən hər hansı birinə ödəniş edərək, vətəndaş lazım olan xidmətdən yararlana bilir”.

Mövzu ilə bağlı danışan tibb üzrə elmlər doktoru Adil Qeybulla isə bildirib ki, özəl klinikalardakı qiymət tənzimləmələri bir sıra faktorlara bağlıdır: “Buraya vergi, ləvazimatların ölkəyə daxil olması və digər xarclər aiddir. Klinikalar da təbii ki, özlərinin mənfəətini düşünərək qiymətləri artıra bilərlər. Özəl klinikalarda qiymətlərin tənzimlənməsi ancaq rəqabət nəticəsində mümkündür. Düşünürəm ki, bu təsadüfi deyil. Kimsə buna müdaxilə edə bilməz”.

O bildirib ki, özəl klinikalara ödəniş etmək istəməyən vətəndaşlar dövlət xəstəxanalarına müraciət edə bilərlər: “Bu gün İcbari Tibbi Sığorta vasitəsilə dövlət mülkiyyətində olan xəstəxanalara müraciət edərək müalicə ala bilərlər. Amma özəl klinikalarda ola qiymətlərə dövlət müdaxilə edə, tənzimləyə bilməz”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Dekabr 2024 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see615

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see432

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see315

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see304

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see251

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see232

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see223

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see220

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see211

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see202

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see200

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see199

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see196

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see190

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see185

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see175

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see175

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see172

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see163

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri