Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yüzminlərlə vətəndaşın problemi Milli Məclis üzvlərinin diqqətinə çatdırılır İllərdir haqqı tapdanan özəlləşdirmə çekləri (payları) sahiblərini birləşdirən, “Facebook”da minlərlə insanın üzv olduğu “Özəlləşdirmə Çekləri Qrupu” Milli Məclis üzvlərinə növbəti dəfə açıq müraciət ünvanlayıb.
AYNA.AZ müraciətin mətnini təqdim edir: “FB-da “Özəlləşdirmə Çekləri Qrupu”nda təmsil olunan 41 mindən çox ailə adından, qanunla inflyasiyadan qorunan və bu gün üçün 40 000 manat əmlak ekvivalent dəyəri olan Miras Əmlak Payımızı tələb edirik.
Artıq hüquqşünas alimlərin araşdırmasından sonra hamı bilir ki, bütün özəlləşdiriləcək orta və iri dövlət əmlaklarının 65%-i qanunla özəlləşdirmə çekləri vasitəsilə vətəndaşlara məxsusdur.
İnvestorlar ancaq Dövlət Qiymətli Kağızı kimi 1-cili olaraq yerləşdirdiyi zaman Qanunla qoyulmuş qaydada dövlət özəlləşdirmə çeklərini (DÖÇ) vətəndaşlardan alaraq investisiya müsabiqələrində iştirak edə bilərdi.
Sonradan qəbul olunmuş heç bir qanunvericilik aktı Konstitusiyaya görə vətəndaşların hüquqlarını məhdudlaşdıra bilməz.
Mətbuatda yayılanr məlumatda deyili ki, yeni özəlləşdirmə qanunu hazırlanıb və tezliklə Milli Məclisdə müzakirə olunacaq.
Biz bilirik ki, Xalqını sevən bəzi deputatlar Milli Məclisdə dəfələrlə DÖÇ-lərin Ulu Öndər Heydər Əliyev tərəfindən qanunla verildiyini və hər vətəndaşın halal mülkiyyət haqqı olduğunu söyləyib, ya kompensasiya ödənilməsini, ya da özəlləşdirmədə istifadəsini tələb edib.