Özü görünməyib, hamını görən adam… | Icma.az
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. 2018-in avqust ayı idi.
“Qarabağ” FK-nın bazasında xəbər yayıldı ki, klubun prezidenti Abdulbari Gözəl ziyarətə gələcək. Klub ofisi üçün nadir olaylardan biri idi.
Gözəl bəy (özünü belə təqdim edilməsini xoşlayırdı) gələndə bazada çay süfrəsi quruldu.
Fevzihan Aras, Emrah Çelikel və Qurban Qurbanovla “besedka”da oturub söhbət edirdilər.
Bir neçə dəqiqədən sonra oturanların çönüb mənə baxdıqlarını və çağırdıqlarını gördüm.
Yanlarına yaxınlaşanda Gözəl bəy “Oğlum, sən bizim mətbuat katibi deyilsənmi? Orda niyə durmusan, gəl, otur burda dedi”.
Ardınca futbolçularla görüşəndə məni yenə axtardı, çağırdı yanında əyləşdirdi, tərcüməçi olmasına rəğmən, dedi, “sən tərcümə et, söylədiklərimi”.
Sonradan bu hadisəni öz aramızda danışanda Fevzihan Aras dedi ki, “Gözəl bəyin ən böyük fərqi elə budu.
Tam oxu
Xəbəri oxu