Icma.az
close
up
RU
Özü görünməyib, hamını görən adam…

Özü görünməyib, hamını görən adam…

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2018-in avqust ayı idi. “Qarabağ” FK-nın bazasında xəbər yayıldı ki, klubun prezidenti Abdulbari Gözəl ziyarətə gələcək. 

Klub ofisi üçün nadir olaylardan biri idi. Gözəl bəy (özünü belə təqdim edilməsini xoşlayırdı) gələndə bazada çay süfrəsi quruldu. Fevzihan Aras, Emrah Çelikel və Qurban Qurbanovla “besedka”da oturub söhbət edirdilər. 

Bir neçə dəqiqədən sonra oturanların çönüb mənə baxdıqlarını və çağırdıqlarını gördüm. Yanlarına yaxınlaşanda Gözəl bəy “Oğlum, sən bizim mətbuat katibi deyilsənmi? Orda niyə durmusan, gəl, otur burda dedi”.

Ardınca futbolçularla görüşəndə məni yenə axtardı, çağırdı yanında əyləşdirdi, tərcüməçi olmasına rəğmən, dedi, “sən tərcümə et, söylədiklərimi”.

Sonradan bu hadisəni öz aramızda danışanda Fevzihan Aras dedi ki, “Gözəl bəyin ən böyük fərqi elə budu. Heç bir zaman, görünməz, müdaxilə etməz, işə qarışmaz, amma hamını görər və bilər”.

.. Hələ mən bu hadisədən neçə il əvvəl "Qarabağ"da, “Azərsun”da işə başlayanda Abdulbarı Gözəlin cəmi 55 yaşı olsa da, sözün əsl mənasında ağsaqqal idi.   

Həyata sıfırdan başlayıb, əziyyət çəkib, dişiylə-dırnağıyla o istehsalçı dünyasını qurmuşdu.

Qədrinin-əziyyətinin fərqindəydi.

Bu fərqindəlik şirkət ideologiyasına bir `Gözəl bəy” anlayışı gətirmişdi.

Dürüst olmalısan, zəhməti sevməlisən, təvazökar olmalısan.

Bunu hamı bilirdi. Çay fabrikində də, eləcə də “Qarabağ” Futbol Klubunda da.

Yenicə dünyaya göz açan, heç nəyi olmayan ölkənin iqtisadi həyatına can suyu tökdüyü kimi “Qarabağ”a da öz balası kimi yanaşmışdı.

Uğursuzluqda silmədi, yıxılanda əlindən tutub qaldırdı.

Kimlər gəldi-kimlər getdi, “Azersun”u ayaqda tutdu, ən az azı ölkəyə istehsal yolu gətirdi, göstərdi.

Elə futbola da kimlər gəldi  - kimlər getdi,  “Qarabağ”ı yıxılmağa qoymadı. 70 min manatlıq illik büdcəylə başlayan epopeyada enişli-yoxuşlu dönəmlərdən böyük-güclü, tarix yazan “Qarabağ” ortaya çıxardı. Klubunun idarəçilərinə, baş məşqçisinə qədər özünün zəhmətini, inancını aşıladı, inanaraq inandırdı. 

Ölüm haqdı. Bir gün gələn, bir gün də gedəcək.

Amma 15 il çörəyini yeyib, üzünü az gördüyüm, cəmi bircə dəfə ünsiyyətdə olduğum Gözəl bəyi yazmamaq olmazdı.

Bu ölkə hər zaman sizi əsl azərbaycanlı kimi xatırlayacaq, yaşadacaq.

Sizin “Qarabağ”ı yaşatdığı kimi..

Gözəl uyu, Gözəl bəy..

Nurlan İbrahimov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://qol.az
archiveBu xəbər 19 Yanvar 2025 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri