Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, iyulun 11-i “Terrorsuz Türkiyə” siyasi prosesi çərçivəsində İraqın Süleymaniyyə şəhərində bir qrup PKK üzvü silahlarını təhvil verib.
“Qafqazinfo”nun məlumatına görə, bu məqamda mərhum türkiyəli jurnalist Mehmet Ali Birandın 2012-ci ildə verdiyi müsahibə gündəmə gəlib.
Belə ki, onun müsahibəsində PKK terror təşkilatının hazırda həbsdə olan lideri Abdullah Öcalan barəsindəki fikirləri, xüsusilə onun azadlığa buraxılıb Türkiyə Böyük Millət Məclisinə (TBMM) daxil olacağı ilə bağlı proqnozu yenidən geniş müzakirələrə səbəb olub.
“Öcalanla müsahibəm, məncə, jurnalistikanın zirvəsidir. Çünki bir jurnalist uzun illərdən bəri Türkiyəni sarsıdan, harada olduğu, harada yaş
Bu gün də Öcalanla müsahibə etmək imkanım olsa, həmin dəqiqə edərəm.
Əgər bir jurnalist “Öcalan məni çağırsa, onunla müsahibəyə qətiyyən getmərəm” deyirsə, elə o an bu peşəni buraxsın.
Atəşkəs olarsa, ilk addımlar atılarsa, əfv çıxarsa, Öcalanın da əfvinə ehtiyac yaranar. Öcalan bir siyasi partiya lideri ola bilər.