Icma.az
close
up
RU
Özü həyatda olmasa da, 13 il öncəki müsahibəsi gündəmə gəldi Video

Özü həyatda olmasa da, 13 il öncəki müsahibəsi gündəmə gəldi Video

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, iyulun 11-i “Terrorsuz Türkiyə” siyasi prosesi çərçivəsində İraqın Süleymaniyyə şəhərində bir qrup PKK üzvü silahlarını təhvil verib.

“Qafqazinfo”nun məlumatına görə, bu məqamda mərhum türkiyəli jurnalist Mehmet Ali Birandın 2012-ci ildə verdiyi müsahibə gündəmə gəlib. Belə ki, onun müsahibəsində PKK terror təşkilatının hazırda həbsdə olan lideri Abdullah Öcalan barəsindəki fikirləri,  xüsusilə onun azadlığa buraxılıb Türkiyə Böyük Millət Məclisinə (TBMM) daxil olacağı ilə bağlı proqnozu yenidən geniş müzakirələrə səbəb olub.

“Öcalanla müsahibəm, məncə, jurnalistikanın zirvəsidir. Çünki bir jurnalist uzun illərdən bəri Türkiyəni sarsıdan, harada olduğu, harada yaşadığı bilinməyən insanla - PKK lideri ilə müsahibə edərək bildirdi ki, baxın adam budur, bunu düşünür, futbol oynayır, göyərçin bəsləyir və “Qalatasaray” fanatıdır. Bu gün də Öcalanla müsahibə etmək imkanım olsa, həmin dəqiqə edərəm. Əgər bir jurnalist “Öcalan məni çağırsa, onunla müsahibəyə qətiyyən getmərəm” deyirsə, elə o an bu peşəni buraxsın. Atəşkəs olarsa, ilk addımlar atılarsa, əfv çıxarsa, Öcalanın da əfvinə ehtiyac yaranar. Öcalan bir siyasi partiya lideri ola bilər. Bu, demokratiyanın tələbidir. Dünya dəyişir və dəyişən dünya içində rollar da dəyişir. Əgər çox gecikilməzsə, Öcalan bir gün Türkiyədə Məclisə də girə bilər. Bunu edərsə, ancaq Rəcəb Tayyib Ərdoğan edə bilər. Mən ondan başqa bunu edə biləcək gücdə şəxs görə bilmirəm. Bu da ancaq 2014-2015-ci ildən sonra ola bilər”, - deyə, məşhur jurnalist müsahibəsində bildirmişdi.

Qeyd edək ki, Mehmet Ali Birand 1988-ci ildə Abdullah Öcalandan müsahibə alıb. O, 2013-cü ildə 72 yaşında vəfat edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 İyul 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri