Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Sumqayıt"ın kapitanı Vüqar Mustafayev Sportal.az saytına müsahibə verib.
- Geridə qalan həftədə "Sumqayıt" "Sabah" üzərində qələbə qazanmağı bacardı. Həmin oyunu necə şərh edərdin?
Son dəqiqələrə qədər qələbə qazanacağınıza yəqin ki, inanırdın? - Rəqibi yaxşı bilirdik, yaxşı tanıyırdıq. "Sabah" keyfiyyətli komandadı.
Matça da ona görə hazırlaşmışdıq. Evdə azarkeşlərimizi sevindirmək istəyirdik.
Şükürlər olsun ki, son dəqiqəyə kimi mübarizə apardıq və əlavə dəqiqələrdə qol vurub, qələbə qazandıq.
Bəli, komanda olaraq qələbəyə inanırdıq. - Hazırda komanda altıncı pillədə qərarlaşıb.
Bu məqam sizi qane edir, yoxsa məqsəd daha yuxarı pillələrdir? - Hələ qarşıda oyunlar çoxdur.