Icma.az
close
up
RU
Özümü millidə oynamağa layiq bilmirəm, dəvət gələcəyini də düşünmürəm MÜSAHİBƏ

Özümü millidə oynamağa layiq bilmirəm, dəvət gələcəyini də düşünmürəm MÜSAHİBƏ

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Sumqayıt"ın kapitanı Vüqar Mustafayev Sportal.az saytına müsahibə verib.

- Geridə qalan həftədə "Sumqayıt" "Sabah" üzərində qələbə qazanmağı bacardı. Həmin oyunu necə şərh edərdin? Son dəqiqələrə qədər qələbə qazanacağınıza yəqin ki, inanırdın? 

- Rəqibi yaxşı bilirdik, yaxşı tanıyırdıq. "Sabah" keyfiyyətli komandadı. Matça da ona görə hazırlaşmışdıq. Evdə azarkeşlərimizi sevindirmək istəyirdik. Şükürlər olsun ki, son dəqiqəyə kimi mübarizə apardıq və əlavə dəqiqələrdə qol vurub, qələbə qazandıq. Bəli, komanda olaraq qələbəyə inanırdıq. 

- Hazırda komanda altıncı pillədə qərarlaşıb. Bu məqam sizi qane edir, yoxsa məqsəd daha yuxarı pillələrdir? 

- Hələ qarşıda oyunlar çoxdur. İndiki durumda bizi nəyin qane edib-etməyəcəyini deyə bilmirəm. Çalışacağıq ki, addım-addım yuxarı pillələrə yüksələk. Bunun üçün də mübarizə aparacağıq. 

- Samir Abasovun gedişi və Vaqif Cavadovun gəlişi.. Komandada çox şey dəyişib? Cavadov nəyi dəyoşə biliv? 

- Hər məşqçinin öz fəlsəfəsi var. Nəyin dəyişib, nəyin dəyişmədiyini mən deyə bilmərəm. Biz məşqçilərin bizə verdiyi tapşırıqlarıbı yerinə yetirməyə çalışırıq.

- Vaqif Cavadovun oyun fəlsəfəsi, tələbləri Abasovdan daha çox fərqlənir? 

- Yuxarıda dediyim kimi, hər məşqçinin öz fəlsəfəsi var. Çalışırıq ki, bizə deyilənləri meydanda yerinə yetirək. Onları nə dərəcədə düzgün edib-etmədiyimizi yenə məşqçi bizə deyir.

- Növbəti turdakı rəqibiniz "Araz-Naxçıvan" klubudur. Bu mövsüm rəqibiniz çox iddialı görünür. Necə düşünürsən, onları məğlub etmək mümkün olacaq? 

"Araz-Naxçıvan" bu sezon çox yaxşı təsir bağışlıyır. Səhv etmirəmsə 10 turdur ki, məğlub olmayıblar. Ciddi rəqibdir, ona görə hazırlaşacağıq. Bu oyundan sonra milli fasilə var. Həmin fasiləyə yaxşı nəticə ilə yollanmaq istəyirik. Ümid edirəm ki, komanda olaraq bu oyunda da yaxşı nəticə üçün mübarizə aparacağıq. Komandamıza çox inanıram.

- 2019-cu ildən "Sumqayıt"da oynayırsan. Maraqlıdır, heç komandanı tərk etmək imkanın olmayıb?Yoxsa, karyeranı elə bu klubda başa vurmaq niyyətindəsən? 

- Karyeramla bağlı hələ ki, qəti qərar verməmişəm. Neçə ildir ki, artıq komandadayam. Burada çox yaxşı günlərim keçib. "Sumqayıt" qalıb- qalmamağım əsasən rəhbərlik və məşqçilər heyətindən aslıdır. Ötən sezonun ortalarında komandanı tərk etmək imkanı olmuşdu. Qazaxıstan klubu mənim üçün təklif göndərmişdi. Özü də, "Sumqayıt"a. Amma mən burada qalmaq istədim, məsləhət bildim ki, "Sumqayıt"da qalım. 

- "Sumqayıt"da kapitan sarğısını daşıyırsan, daimi oynayırsan, amma milliyə heç dəvət edilmirsən. Bu dəfə yığmadan dəvət gələcəyinə inanırsan, yoxsa heç bu haqda düşünmürrsən?

- Millidə oynamaq, milliyə dəvət almaq hər bir futbolçu üçün şərəfdir. Mənə qaldıqda, nə yalan deyim millidən dəvət gələcəyini düşünmürəm. Çünki özümü ona hazır hiss etmirəm. Özümü millidə oynamağa layiq bilmirəm!.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://sportal.az
archiveBu xəbər 08 Noyabr 2024 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri