Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq. “Özünə dəyər vermək ilk növbədə özünü olduğu kimi qəbul etməkdir”.
Bu sözləri psixoloq İlhamə Mustafayeva “Cebheinfo.az”-a açıqlamasında özünə dəyər verməklə bağlı danışarkən deyib.
O bildirib ki, bəzi insanlar özlərini olduqları kimi qəbul etmirlər: “Yəni başqa xarakterdə biri kimi davranmaq istəyirlər, bu isə yanlışdır.
Nəzərə almaq lazımdır ki, hər kəsin doğuşdan etibarən xüsusiyyətləri başqalarından fərqlənir.
Təəssüflər olsun ki, insanlar böyüdükcə özlərini başqaları ilə müqayisə etməyə başlayırlar. Bunu etdikdə isə dəyərimiz itir.
Son illərdə estetik əməliyyatların sayının artması da bununla bağlıdır. İnsanlar özlərini bəyənməyərək, başqalarına bənzəməyə çalışırlar.
Özlərini olduğu kimi qəbul edə bilməyən insanlar bu əməliyyatlara üz tuturlar.
Əslində, dəyəri nələrdəsə axtarmaq özü belə yanlışdır”.Ekspert qeyd edib ki, “sərhədlər”ini qorumağı bilmək də özünə verilən dəyərin göstəricisidir: “Bura psixoloji “sərhədlər” də aiddir.