Icma.az
close
up
RU
Özünü dəyər vermək: Bu, necə bir hissdir?

Özünü dəyər vermək: Bu, necə bir hissdir?

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Özünə dəyər vermək ilk növbədə özünü olduğu kimi qəbul etməkdir”.

Bu sözləri psixoloq İlhamə Mustafayeva “Cebheinfo.az”-a açıqlamasında özünə dəyər verməklə bağlı danışarkən deyib.

O bildirib ki, bəzi insanlar özlərini olduqları kimi qəbul etmirlər:

“Yəni başqa xarakterdə biri kimi davranmaq istəyirlər, bu isə yanlışdır. 

Nəzərə almaq lazımdır ki, hər kəsin doğuşdan etibarən xüsusiyyətləri başqalarından fərqlənir. Təəssüflər olsun ki, insanlar böyüdükcə özlərini başqaları ilə müqayisə etməyə başlayırlar. Bunu etdikdə isə dəyərimiz itir. Son illərdə estetik əməliyyatların sayının artması da bununla bağlıdır. 

İnsanlar özlərini bəyənməyərək, başqalarına bənzəməyə çalışırlar. Özlərini olduğu kimi qəbul edə bilməyən insanlar bu əməliyyatlara üz tuturlar. Əslində, dəyəri nələrdəsə axtarmaq özü belə yanlışdır”.Ekspert qeyd edib ki, “sərhədlər”ini qorumağı bilmək də özünə verilən dəyərin göstəricisidir:

“Bura psixoloji “sərhədlər” də aiddir. Yəni kiməsə həmin “sərhəd”i keçməyə icazə verilməməlidir. İstər övlad, istər həyat yoldaşı, istərsə də valideyn kiminsə “sərhəd”lərini keçməməlidir.Özünə dəyər verən insan müdaxiləyə də icazə verməməlidir. Məsələn, “yox” deməyi bacarmaq lazımdır. Bir çox hallarda valideynlər yaşı 25 və ya 35-dən yuxarı olan uşaqlarının belə seçimlərinə qarışırlar.

Bu isə doğru yanaşma deyil və qarşındakı şəxsin “sərhədlər”ini pozmaqdır. Eyni zamanda, psixoloji şiddəti də qəbul etmək olmaz. Əfsuslar olsun ki, bir çox qadın ərinin ona hər kobud sözü deməyinə icazə verir. Deməli, həmin xanımın “sərhədləri” yoxdur”.

Psixoloq təəssüflə diqqətə çatdırıb ki, biz cəmiyyət olaraq uşaqlarımıza da “sərhədlərini” qorumağı öyrətməmişik:

“Özü “sərhədlərini” müəyyən edə bilməyən valideyn bunu uşağına da öyrədə bilmir. Yəni uşağa “yox” deməyi bacarmağı öyrətmək lazımdır. Düşünürəm ki, bu “sərhədlər” uşaq vaxtından etibarən formalaşmalıdır.Kiminsə bizi təhqir etməsinə icazə verməməliyik. Unutmayın, heç kimin belə bir haqqı yoxdur. Psixoloji “sərhədlərimiz” o qədər düzgün qoyulmalıdır ki, özümüzü qoruya bilməliyik”.

Onun sözlərinə görə, özünə dəyər verən şəxs özü ilə məşğul olmalıdır:

“Öz potensialımızı, gücümüzü, xarici görünüşümüzü qəbul etməliyik. Sonra isə özümüzə zaman ayırlmalı və inkişaf etməliyik. Həyatımızı kiməsə həsr etməli deyilik. Təbii ki, ailə, uşaqlar və cəmiyyət qarşısında öhdəliklərimiz var. 

Lakin özümüzə dəyər vermək şəxsiyyət kimi inkişaf etməkdir. Əslində, özünə dəyər vermək eqoizm deyil, cəmiyyətə daha çox xeyir verməkdir. Çünki özümüzə dəyər verməklə daha sağlam və gümrah olacağıq. Bunu etdikdə isə hər sahədə daha məhsuldar ola bilərik. 

Bundan başqa, özünə dəyər verən insan özünü bağışlamağı da bacarmalıdır. Yersiz günahkarlıq və hər şeydə fədakarlıqdan uzaq olmalıdır. Yəni özünü sevməyi bacarmalıdır.

Özünə dəyər öz ruhuna və bədəninə ziyan verən şeyləri etməməkdir, onu qıran, əzən və ziyan verən şeylərə “yox” deməyi bacarmaqdır. Ən əsası da özünü müdafiə etməyi bacarmalı və özündən istifadə etməyə icazə verməməlidir”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Özünə dəyər vermək psixoloq

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Sentyabr 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see269

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see261

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see254

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see248

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see237

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see236

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see235

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see230

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see226

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see225

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see220

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see217

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see204

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see202

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see197

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see195

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see195

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see193

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see190

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri