Icma.az, Bizim media portalına istinadən məlumat yayır. İnsan özünü bir neçə üsulla ifadə edə bilər. Ən genişi isə nitqdir.
Əbəs yerə insanı geyimi ilə qarşıla, ağlı ilə yola sal deməyiblər.
İnsan danışdığı, qarşındakı ilə ünsiyyət qurduğu dilə bələd olanda, özünü ifadə etmək bacarığı da yüksək olur.Azərbaycanda özünü ifadə etmək problemdir MÖVZU İLƏ BAĞLI:Rus sektorunda oxuyub, dilimizdən bixəbər olan UŞAQLAR – Problemin həlli NƏDİR?
Azərbaycanda isə özünü danışığınla ifadə edə bilmək ciddi problemdir.
Çox az sayda insan ana dilində səlis, rəvan, düzgün, heç bir parazit söz və ifadələrdən istifadə etmədən danışa bilir.
Bəzi insanlar ana dilindən əlavə təkcə bir dil bilmələrinə rəğmən öz nitqlərində dönə-dönə o dildəki müəyyən sözlərdən istifadə edirlər.
Bunu da Azərbaycan dilinin zəngin olmaması ilə əlaqələndirirlər. Amma bu iddia doğru deyil.
Çünki ölkəmizdə xeyli sayda Azərbaycan dilindən əlavə bir neçə xarici dili mükəmməl bilən insanlar var.