Icma.az
close
up
RU
Özünü ifadə etmək PROBLEMİ Gənclərin nitq qabiliyyəti niyə POZULUB?

Özünü ifadə etmək PROBLEMİ Gənclərin nitq qabiliyyəti niyə POZULUB?

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

İnsan özünü bir neçə üsulla ifadə edə bilər. Ən genişi isə nitqdir. Əbəs yerə insanı geyimi ilə qarşıla, ağlı ilə yola sal deməyiblər. İnsan danışdığı, qarşındakı ilə ünsiyyət qurduğu dilə bələd olanda, özünü ifadə etmək bacarığı da yüksək olur.
Azərbaycanda özünü ifadə etmək problemdir
 

MÖVZU İLƏ BAĞLI:
Rus sektorunda oxuyub, dilimizdən bixəbər olan UŞAQLAR – Problemin həlli NƏDİR?


Azərbaycanda isə özünü danışığınla ifadə edə bilmək ciddi problemdir. Çox az sayda insan ana dilində səlis, rəvan, düzgün, heç bir parazit söz və ifadələrdən istifadə etmədən danışa bilir. Bəzi insanlar ana dilindən əlavə təkcə bir dil bilmələrinə rəğmən öz nitqlərində dönə-dönə o dildəki müəyyən sözlərdən istifadə edirlər. Bunu da Azərbaycan dilinin zəngin olmaması ilə əlaqələndirirlər. Amma bu iddia doğru deyil. Çünki ölkəmizdə xeyli sayda Azərbaycan dilindən əlavə bir neçə xarici dili mükəmməl bilən insanlar var. Onlar öz fikirlərini xarici dillərdəki söz və ifadələrdən arındıraraq aydın, dolğun şəkildə izah edə bilirlər.
Düzgün, səlis nitqin inkişafına nə mane olur?
Azərbaycanlılar təkcə aydın danışmaq yox, ümumiyyətlə danışmaqdan çəkinirlər.  Bu da çox vaxt uşaqlıqdan qaynaqlanır, ailədə, məktəbdə uşaqlarla az ünsiyyət qurulur. Bəzən məktəbdə öz fikrini səhv deyən uşağı məktəb yoldaşları lağ obyektinə çevirirlər. Bəzən isə müəllimlər uşağı səhv fikrinə görə danladığı üçün şagird artıq danışmaqdan çəkinir. Bunun üçün müəllimlər də şagirdlərin öz sözünü deməsinə, fikirlərinin düzgün formalaşması və çatdırılmasına diqqət yetirməlidirlər.
Bəzi ekspertlər hesab edirlər ki, test üsulu ilə imtahan gənclərin nitq qabiliyyətinin formalaşmasına mənfi təsir edir.
Sosial şəbəkələr müasir insanın nitqinə necə təsir edir?
Digər bir səbəb az sosiallaşmaqdır. Müasir dünyada sosial şəbəkələr vasitəsilə yazışaraq ünsiyyət quran gənc nəsil üz-üzə ünsiyyətdə aktiv ola bilmir.
Məsələnin sosioloji tərəfləri ilə bağlı Bizim.Media-ya danışan sosioloq Lalə Mehralı deyib ki, mütaliənin az olmasıdır:
“İnsanlar nə kitab, nə qəzet, nə də jurnal oxuyurlar. Ölkənin böyük əksəriyyəti mütaliədən uzaqdır. Mütaliənin rol oynadığı dövrlər uşaq yaşıdır ki, ən çox mütaliə alışqanlığı ordan başlayır. Bizdə uşaq yaşında mütaliəyə başlayan çox az məktəbli görərik. Bu gün məktəblərdə inşa anlayışı yoxa çıxıb, əvəzində esse yazdırırlar. İbtidai sinifdə oxuyan uşaqlar üçün essenin standartları uyğun deyil. İnşa yazmağı bacarmayan insan öz fikirlərini də ifadə eləməyi bacarmaz. İnşa yazmağı da yaxşı mütaliə edənlər bacarırlar”
O hesab edir ki, insanlar uşaq yaşda fikrini səhv ifadə edəndə onunla empati qurulmalı və ona səhvi onu utandırmayacaq halda izah edilməlidir.
Bəs dilçilər nə fikirləşirlər? Azərbaycan dilinin təkmilləşməsi üçün hansı layihələr həyata keçirilir?
Mövzu barədə Bizim.Media-ya açıqlama verən Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli bildirib ki, bununla bağlı 2012-ci ildən başlayaraq dövlət proqramı icra olunub:
“Azərbaycan dilinin qloballaşma şəraitində inkişafı ilə bağlı prezidentin təsdiqlədiyi dövlət proqramı mövcud idi. O proqramda bəzi məsələlər öz əksini tapıb. Məsələn, biz vaxtilə televiziya və radio aparıclarına dil kursları təşkil etmişik, treyninqlər keçmişik. Gələcəkdə bu dil kurslarının bərpası üçün planımız var. Hətta bunu əcnəbilər üçün də düşünürük. Kütləvi informasiya vasitələrində, televiziya verilişlərində ədəbi dil normalarının pozulması ilə bağlı çıxışlar etmişik. Orfoepiya normaları hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiq olunub.
İndi orfoepiya sözlüyü hazırlanır. Bu da mühüm komponentlərdən biridir, çünki düzgün tələffüz məsələsi ciddi məsələdir. Normaların pozulması ilə bağlı xüsusi tövsiyələrimizi vermişik”.
Dilçi alim bildirib ki, dövlət proqramında ali təhsil müəssisələrində nitq mədəniyyəti fənninin keçirilməsi də öz əksini tapmışdı:
“İndi onun profili bir az dəyişilib, akademik və işgüzar kommunikasiya adı ilə tədris olunur. Yəni nitq mədəniyyəti onun bir hissəsidir. Amma əvvəllər bu dövlət proqramına uyğun olaraq məhz nitq mədəniyyəti kimi keçirilirdi. Demək olar ki, bütün fakültələrdə keçirilirdi. İndiki gənclər, uşaqlar, bəzən yaşlı ziyalılar ana dilində danışa bilmirlər. Televiziyalarda biz bunu müşahidə edirik. Azərbaycan dili kasad dil deyil, təbii ki, biz ərəb dili və digər dillərlə müqayisə eləmirik. Ərəb dili imperiya dili olub, islamın dilidir. Ərəb dilində təxminən 1 milyona yaxın söz var.
Sadəcə, dilə qarşı laqeydlik, tənbəlik var. Biz təbliğat səviyyəsində mübarizə aparıırıq, amma təsir mexanizmimiz yoxdur”.
Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Yanvar 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri